Qədir Hüseynov İsraildə keçirilən turnirdə iştirak edir

İsrailin Aşdod şəhərində Peşəkar Şahmat Assosiasiyasının təşkil etdiyi sürətli şahmat üzrə beynəlxalq turnir start götürür.

Turnirdə ölkəmizi beynəlxalq qrossmeyster Qədir Hüseynov təmsil edir. Yarışda A və B qruplarında ümumilikdə dünyada tanınmış 12 zəka sahibi mübarizə aparır. A qrupunda təmsilçimizlə yanaşı, D.Yakavenko, Y.Nepomniyaşiy (hər ikisi Rusiya), S.Sevyan (ABŞ), K.Qeorqiev (Bolqarıstan), B.Qelfand (İsrail), B qrupunda İ.Smirin, E.Sutovski (hər ikisi İsrail), V.İvancuk, P.Elyanov (Ukrayna), E.Bakro (Fransa) və R.Rapport (Macarıstan) iştirak edirlər.

Turnir dairəvi sistem üzrə keçirilir və dekabrın 10-da başa çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR