Rusiyanın Azərbaycandakı hərbi attaşesi dəyişdi

Rusiyanın Azərbaycandakı hərbi attaşesi dəyişdi
20:05 8 Dekabr 2015
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxinlə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Rusiya arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirildiyi bildirilib, illik əməkdaşlıq planına əsasən müdafiə nazirlikləri nümayəndə heyətləri arasında keçirilən işçi görüşlər, Xəzər dənizində iki ölkənin hərbi gəmilərinin qarşılıqlı səfərlər və təlimlər qeyd olunub.
 
Səfir V. Doroxin ölkəsinin Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi polkovnik İqor Lobastovu Z. Həsənova təqdim edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/388734.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR