Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Liverpul" italyan hücumçu ilə maraqlanır

"Liverpul" italyan hücumçu ilə maraqlanır

Tarix: 8 Dekabr 2015 20:05

"Liverpul" yanvarda heyətinə daha bir hücumçu cəlb etmək fikrindədir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qırmızılar" Cuzeppe Rossiyə göz dikib. "Mersesaydlılar" 28 yaşlı oyunçuya görə 25 milyon avrodan keçməyə hazırdır.

"Fiorentina"nın şərəfini qoruyan Rossi ötən mövsüm zədə səbəbindən komandasına kömək edə bilməmişdi. Rossinin dizində problemlər yaranmışdı. Daha öncə açıqlama verən futbolçunun agenti onun daha çox meydana çıxmaq şərtilə "bənövşəyilər"in heyətində qalmaq istədiyini bildirmişdi.

Milli.Az


Teqlər:  Liverpul italyan hücumçu maraqlanır



RƏYLƏR


Top xəbərlər