Nardarana elektrik enerjisinin verilişi bərpa edildi

Nardarana elektrik enerjisinin verilişi bərpa edildi
20:17 8 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Nardaran qəsəbəsində elektrik enerjisinin verilişi bərpa edilib.

Bu barədə APA-ya qəsəbə sakini Natiq Kərimov məlumat verib. Onun sözlərinə görə, bu gün axşamdan qəsəbənin küçə və meydanlarına elektrik enerjisi verilib: "Əhaliyə isə hələlik elektrik enerjisi verilmir. Deyilənə görə, yaxın günlərdə əhaliyə də elektrik enerjisinin verilişi bərpa ediləcək".

Digər Nardaran sakinləri isə APA-ya bildiriblər ki, artıq evlərə də işıq verilib. Belə ki, fərdi qaydada müraciət edib, "Azərişıq" ASC ilə yeni şərtlər əsasında müqavilə bağlayan sakinlərin elektrik enerjisi ilə təchizatı bərpa olunub. 

Xatırladaq ki, ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayev bir müddət əvvəl APA-ya açıqlamasında qəsəbədə yenidən SMS tipli sayğacların quraşdırılmasına başlanıldığını bildirib. "Hər bir abonentlə fərdi qaydada xüsusi müqavilə bağlanaraq sayğaclara yüklədikləri vəsait əsasında elektrik enerjisi ilə təchiz ediləcəklər. Bütün yuxarıda qeyd olunan tədbirlərin icrasına nəzarət təmin etmək üçün xüsusi qərargah yaradılıb. Abonentlər elektrik enerjisi təchizatı ilə bağlı qərargaha müraciət edə bilərlər", - deyə qurum rəsmisi qeyd edib.

T.Mustafayev deyib ki, yeni şərtlərə əməl edən Naradaran sakinləri elektrik enerjisi ilə təchiz olunacaqlar.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının Nardaran qəsəbəsində əməliyyatı davam edir. Qəsəbənin giriş və çıxışlarında qoyulmuş polis postları hələ götürülməyib. Qəsəbəyə daxil olan və çıxan hər kəs yoxlanılır. Nardaran sakinlərinin qəsəbəyə daxil olmasına heç bir məhdudiyyət yoxdur.

Nardaranın mərkəzi meydanlarına Daxili Qoşunların qüvvələri nəzarət edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/388733.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR