Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 8 Dekabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 8 Dekabr

Date: 8 December 2015 20:24

GÜNÜN ŞƏRHİ

 

Türkiyənin Yaxın Şərqdə aktiv münaqişə tərəfinə çevrilməsi ehtimalı hər saat artır. Rusiyanın dəstəyi ilə Ankaranı ultimatum yağışına tutan İraq hökuməti hərbi toqquşmaların ola biləcəyinə işarə vurur. Bəyanatın arxasında güc faktoru dayanmadığından İraqın ultimatumlarına ciddi yanaşmamaq da olar. Ölkənin hərbi gücü sıfır səviyyəsindədir, nəinki Türkiyənin bölgədəki kontingentinə, heç İŞİD-ə qarşı duruş gətirmək iqtidarında deyil. Əslində İraqın türk hərbi kontingentinə hansısa formada müdaxilə etməsi Türkiyənin bölgədə hərbi gücünü artırmasına bəhanə ola bilər. Müxtəlif mənbələr Türkiyənin İraqa göndərdiyi hərbçilərin sayının 400 ilə 2500 arasında olduğunu göstərir. Maraqlı məqam odur ki, Türkiyə İraqa dünən, srağagün daxil olmayıb, türk hərbi müşavirlər artıq neçə müddətdir ki, İraqın şimalında, Mosul ətrafında türkmənlərə xüsusi təlimlər keçirlər. Bu fakt niyə birdən yada düşüb, İraqın özündə cəsarət taparaq Türkiyəyə ultimatum verməsinə səbəb nədir? Burada Türkiyəni hərbi toqquşmalara çəkən üçüncü tərəfin olduğu şəksizdir. İraqa “qorxma, vur” deyənin kim olduğunu söyləmək artıqdır. Təyyarə insidentindən sonra Ankaraya gizli müharibə elan edən Kreml türklərlə toqquşmaq üçün açıq müstəvi axtarır. Suriya bir neçə baxımdan rusların marağına cavab vermədiyindən onlar toqquşma müstəvisini Yaxın Şərqin ikinci ən gərgin bölgəsi olan İraq ərazisinə keçirmək istəyirlər. Ruslar Türkiyə-İraq müharibəsinə rəvac verərək Bağdada dəstək olmaq, münaqişəyə qoşulmaq üçün faktiki bəhanə axtarırlar. Bu bəhanənin əldən çıxması üçün Ankara təxribata getməməli, Qərb, konkret olaraq ABŞ bölgədə hərbi varlığını göstərməlidir. Gözləyək...

 


Tags:  Nəsimi Nəbizadə Ana xəbər bloku Dekabr

RƏYLƏR


Top news