"İtkin düşmüş sonuncu neftçi tapılana qədər axtarışlar davam etdiriləcək"

"İtkin düşmüş sonuncu neftçi tapılana qədər axtarışlar davam etdiriləcək"
20:27 8 Dekabr 2015
54 Digər
Ölkə mətbuatı
A- A+

"Günəşli" yatağında baş verən yanğın nəticəsində itkin düşənlərin axtarışları bu gün də davam etdirilib, amma təəssüf ki, axtarış işləri saat 20:00-a olan vəziyyətə görə heç bir nəticə verməyib.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə SOCAR-ın mətbuat katibi Nizaməddin Quliyev yanğınla bağlı son vəziyyəti açıqlayarkən deyib.

N.Quliyev bildirib ki, hava proqnozlarına görə küləyin sürəti bir qədər artacaq: "Təbii ki, küləyin sürəti nəzərə alınaraq, hava şəraitinin imkan verdiyi dərəcədə axtarışlar davam etdiriləcək. Biz ümidimizi üzmürük. İtkin düşmüş sonuncu neftçi tapılana qədər axtarışlar davam etdiriləcək. Mən sizi əmin edə bilərəm".

O vurğulayıb ki, yanğının söndürülməsi ilə bağlı işlər davam edir: "Yanğının söndürülməsi istiqamətində işlər bir an belə dayanmır. "Günəşli" yatağının yanğın baş verən 10-cu özülünə elektrik enerjisinin və rabitənin bərpası istiqamətində də işlər davam edir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/388737.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR