Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Sonuncu neftçi tapılana qədər axtarışlar davam etdiriləcək" - SOCAR

"Sonuncu neftçi tapılana qədər axtarışlar davam etdiriləcək" - SOCAR

Date: 8 December 2015 20:41

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada və "Neft daşları" yatağında itkin düşənlərin axtarışı istiqamətində bütün cəhdlərə baxmayaraq, bu gün saat 20:00-a olan məlumata görə nəticə əldə olunmayıb.
 
Axşam.az Report-a istinadən xəbər verir ki, bu barədə SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib. O qeyd edib ki, bütün gün axtarışlar davam etdirilib və itkin düşmüş sonuncu neftçi tapılana qədər axtarışlar davam etdiriləcək:

"Proqnozlara görə, sabah küləyin sürəti qalxacaq. Küləyin sürətindən asılı olaraq, təbii şəraitin imkan verdiyi dərəcədə axtarışlar davam edəcək. Ümidimizi üzmürük, axtarışları davam etdirməliyik. Sonuncu neftçi tapılana qədər axtarışlar davam edəcək".

Tags:  Sonuncu neftçi tapılana axtarışlar davam etdiriləcək SOCAR


RƏYLƏR


Top news