Bütün muzeylər yoxlanılacaq - Nazirlikdən əmr

Bütün muzeylər yoxlanılacaq - Nazirlikdən əmr
20:46 8 Dekabr 2015
35 Şou
Ölkə mətbuatı
A- A+

Dünən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Xalça Muzeyindəki qanun pozuntuları səbəbindən mədəni qurumun direktoruna şiddətli töhmət verib. Həmçinin muzeyin baş mühasibi vəzifəsindən uzaqlaşdırılıb. Məlumata əsasən, hazırda Azərbaycan Xalça Muzeyində yoxlamalar aparılır.

Axşam.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədovun Modern.az saytına dediyinə görə, 2016-cı ilin əvvəllərindən etibarən nazirliyin bütün idarə və təşkilatlarında ciddi yoxlamalar aparılacaq.

Həmçinin muzeylərdə aparılan yoxlamalar zamanı qayda pozuntuları müəyyən edilən kimi dərhal mətbuatda işıqlandırılacaq.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42141

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR