Elektron yara bandları ixtira olundu

Elektron yara bandları ixtira olundu
20:57 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Tibbdə sahib olduğumuz ən güclü və təsirli dərmanlardan biri antibiotiklərdir. Strukturları səbəbindən az qala yaşayan hər hüceyrəni öldürmə səlahiyyətinə və gücünə sahib olan bu dərmanlar, ancaq çox ehtiyac olarsa, qəbul edilir. Çünki bakteriya və mikroblarla birlikdə bədənimizdə olan və bizlər üçün faydalı hüceyrələri də yox edirlər.

Milli.Az xeberler.az-a istinadən xəbər verir ki, araşdırmalarını davam etdirən elm adamları antibiotiklərin doğru miqdarlarda istifadə edilməsini təmin edəcək yeni bir üsul tapıb.

Məqsəd müalicə zamanı antibiotikdən istifadəni azaltmaq və lazım olmayan zamanlarda istifadəsinin qarşısını almaqdır.

Bildiyimiz kimi, xəstələrin bədəninə ən çox mikrob-bakteriya girişi bədənin yaralı olan qisimlərindən daxil olur. Bir qrup mütəxəssis yaralı olan qisimlərin düzgün formada qapadılmasını antibiotiklərin istifadəsini azaldacağını düşünür.

Belə ki, yaralanan nahiyələrə yapıştırdığımız yara bandları yardım edəcək.

Bu yara bandı zədələnən hissəyə mikrob düşdüyü zaman istifadəçini xəbərdar edə bilmək qabiliyyətinə malikdir. Belə ki, yaraya bakteriyanın təmas etdiyini bildirən band parlayaraq fosfor yaşılı rəngə çevrilir. Deyə bilərik ki, sözügedən məhsul yaraya mikrob düşdüyünü yara üzərində müayinə aparmadan vizual olaraq təyin edə biləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/388619.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR