Müasir İncəsənət Muzeyində “Moon is burning” adlı sərgi açılıb

Müasir İncəsənət Muzeyində “Moon is burning” adlı sərgi açılıb
21:03 8 Dekabr 2015
61 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, Türkan Abdullayeva, AZƏRTAC
Dekabrın 8–də Müasir İncəsənət Muzeyində heykəltəraş–rəssam Fərəc Rəhmanovun “Moon is burning” adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Müasir İncəsənət Muzeyinin icraçı direktoru Xəyyam Abdinov sərgi və rəssam barədə məlumat verib. Bildirib ki, sərgidə rəssamın rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri nümayiş olunur. Qeyd edib ki, Fərəc Rəhmanovun yaradıcılıq diapazonu özündə eklektik şəkildə heykəl, instalyasiya və qarışıq texnikada olan əsərləri cəmləşdirir. Yiyələndiyi akademizm və realizm qanunlarını qıraraq, digər reallıq yaratmaq arzusu ilə F.Rəhmanovun formaları deformasiya edir. Onun işləmə üslubu ekspressiv və emosionaldır. Yaradıcılığında tematik faktor aparıcıdır. Ona forma və məzmun, texnika və materiallar tabe olur. Sadə və ümumiləşdirilmiş obrazlı stilizələr təkrarolunmaz təsir gücünü bəxş edərək mistik səciyyə alır.
Rəssam sərginin təşkilatçılarına minnətdarlıq edib.
Sonra iştirakçılar sərgi ilə tanış olublar
“Moon is burning” sərgisi görünməz problemin hissiyyatlı insanlara göstərdiyi təsirə həsr olunub. Bədirlənmiş ayın insanlara necə təsir göstərməsi sualı bəşəriyyəti çox əsrlərdir ki, maraqlandırır. Sərginin ekspozisiyasında təqdim etdiyi əsərlərində Fərəc Rəhmanov bədirlənmiş ay göründüyü zaman insanlarda yaranan daxili narahatlıq, artan psixi həssaslıq hisslərini araşdırır.
Rəngkarlıq, qrafika və heykəltəraşlıq üslubunda 50-dək əsərin nümayiş olunduğu sərgi dekabrın 25-dək davam edəcək.













Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Muasir_Incesenet_Muzeyinde_Moon_is_burning_adli_sergi_achilib-909488

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR