Fuad Qəhrəmanlı Baş Prokurorluqda dindirilir

Fuad Qəhrəmanlı Baş Prokurorluqda dindirilir
21:05 8 Dekabr 2015
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Fuad Qəhrəmanlı şahid qismində dindirilməsi üçün Baş Prokurorluğa dəvət olunub. 

Hüquq-mühafizə orqanlarından APA-ya daxil olan məlumata görə, o, hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilir. 

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında F.Qəhrəmanlının şahid qismində dindirilıməsi faktını təsdiqləyib.

Qeyd edək ki, F. Qəhrəmanlı Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavinidir.   

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/388739.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR