Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Kəpəz” 300-ə çatdı

“Kəpəz” 300-ə çatdı

Date: 8 December 2015 21:07

Tural Axundov “Kəpəz”in Azərbaycan çempionatlarında 300-cü səfər qolunun müəllifi olub. Fanat.az xəbər verir ki, o, Topaz Premyer Liqasının XV turunun “Sumqayıt”la səfər qarşılaşmasının 90+5-ci dəqiqəsində matçdakı (2:2) son qolu vuraraq, buna nail olub. 


Bu görüşədək qərblilər 298 dəfə rəqib meydanlarında qola sevinmişdi. 245 matçda 300 dəfə fərqlənən “Kəpəz” öz qapısından 341 qol buraxıb. Gəncəlilər Azərbaycan çempionatlarında səfərdə 300 və daha çox qol vuran 3-cü komandadır. 


Yalnız iki komanda “Neftçi” və “Qarabağ” rəqib meydanında daha çox fərqlənib. Bakılılar 482, ağdamlılar 388 dəfə bunu bacarıb.


Fanat.az


Tags:  Kəpəz 300-ə çatdı

RƏYLƏR


Top news