Rəşad Abdullayev üçün 350

Rəşad Abdullayev üçün 350
21:07 8 Dekabr 2015
36 İdman
Ölkə mətbuatı
A- A+

“Zirə”nin kapitanı Rəşad Abdullayev üçün ötən tur əlamətdar olub. Təcrübəli yarımmüdafiəçi Azərbaycan çempionatlarında 350-ci matçını keçirib. Fanat.az xəbər verir ki, onun yubiley oyunu Topaz Premyer Liqasının XV turunun “Neftçi” ilə qarşılaşmasına təsadüf edib. 


Matçın gedişində oyuna daxil olan yarımmüdafiəçi Azərbaycan çempionatlarının 23 illik tarixinə 350 və daha çox qarşılaşmada iştirak edən 6-cı futbolçu kimi düşüb. Belə ki, onadək yalnız 5 oyunçu buna nail olub. Bu göstəricidə mütləq rekord isə Mahmud Qurbanova məxsusdur – 421 oyun.


Ölkə çempionatında 1999/2000 mövsümündə debüt edən Abdullayev karyerası ərzində “Xəzər Universiteti”, “Xəzər Lənkəran”, “Neftçi”, “Qəbələ”, “Rəvan”, AZAL və “Zirə”də çıxış edib. O, 350 matçda 54 qol vurub.


Qeyd edək ki, 16-cı mövsümünü keçirən yarımmüdafiəçi “Xəzər Lənkəran”da bir (2006/07), “Neftçi”də iki dəfə (2010/11,2011/12) çempion tituluna yiyələnib.


Mövsüm

klubu

Oyun

qol

1999/2000

Xəzər Universiteti (Bakı)

6

1

2000/01

Xəzər Universiteti (Bakı)

18

3

2001/02

Xəzər Universiteti (Bakı)

21

5

2003/04

Xəzər Universiteti (Bakı)

15

3

2004/05

Xəzər Lənkəran

26

2

2005/06

Xəzər Lənkəran

24

-

2006/07

Xəzər Lənkəran

23

4

2007/08

Xəzər Lənkəran

24

4

2008/09

Xəzər Lənkəran

18

2

2009/10

Neftçi (Bakı)

26

2

2010/11

Neftçi (Bakı)

26

7

2011/12

Neftçi (Bakı)

27

7

2012/13

Qəbələ

25

5

2013/14

Rəvan (Bakı)

16

0

2013/14

AZAL (Bakı)

14

0

2014/15

AZAL (Bakı)

28

7

2015/16

Zirə (Bakı)

13

2

Cəmi

350

54


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-rad-abdullayev-ucun-350-t46013.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR