Ehtiyacımıza cəmi 5 manat artım

Ehtiyacımıza cəmi 5 manat artım
21:16 8 Dekabr 2015
58 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda 2016-cı il üçün yaşayış minimumu müəyyən edilib.

ANS PRESS-in məlumatına görə, yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilib.

2015-ci ildə yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün isə 108 manat idi.


2015 və 2016-cı ildə Azərbaycanda ölkə üzrə yaşayış minimumu (manatla)


İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadiyyat doktoru Vüqar Bayramov ANS PRESS-ə açıqlamasında bildirib ki, Azərbaycan MDB (Müstəqil Dövlətlər Birliyi) ölkələri ilə müqayisədə həm orta pensiya məbləğinə, həm də yaşayış minimumunun həcminə görə ilk üçlüyə daxildir.

"Ümumiyyətlə, Rusiya, Azərbaycan və Qazaxıstan yaşayış minimumuna görə MDB ölkələri içərisində aparıcı mövqeyə malikdir", - deyə o əlavə edib.



Bununla belə, o həmçinin qeyd edib ki, son dövrlərdə xərclərin strukturu dəyişib və əmək qabiliyyətli əhali daha çox xərcləmələr etməyə məcburdur.

Bu səbəbdən də Azərbaycanda yaşayış minimumu artırılmalıdır. Məsələn, Rusiyada rublun devalvasiyasına baxmayaraq, yaşayış minimumu yüksək olaraq qalır.


Vüqar Bayramov - İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadiyyat doktoru


Ümumiyyətlə, yaşayış minimumu yoxsulluğun səviyyəsinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Gəliri az olan əhalinin ehtiyacları dövlət tərəfindən kompensasiya edilməlidir.

Bu isə büdcə xərclərini və büdcədən ayrılan vəsaiti müəyyən edib prezidentə təqdim edərkən dövlət qurumlarının daha diqqətli olmağını tələb edir. Çünki bir çox yoxlamalar zamanı bir sıra dövlət qurumlarında büdcə vəsaitlərinin ehtiyacdan artıq xərcləndiyi aşkar olunduğu halda, son dövrlərdə əhali arasında sosial problemlər, maddi çətinliklər səbəbindən cinayət hadisələrinin, intiharların, əhali arasında narazılığın artdığı müşahidə edilir.

Məsələn, bu yaxınlarda Hesablama Palatası Dövlət Statistika Komitəsində apardığı yoxlamalar zamanı büdcədən quruma ayrılan vəsaitin xərclənməsində nöqsanlar aşkarlayıb.

Komitə podratçı təşkilatlara əlavə vəsaitin ödənilməsinə imkan yaradıb, beynəlxalq tədbirlərin keçirilməsi, ezamiyyət xərclərinin ödənilməsi zamanı artıq xərclərə yol verib.

Bundan başqa, bir sıra elektron xidmət və vasitələrlə təchiz edildiyi halda blanklar, məcmuələr, müxtəlif materiallar və s. çap işləri həyata keçirilməklə büdcə vəsaitlərindən səmərəsiz istifadə olunmasına şərait yaradıb.

Bir sözlə, hazırda neftin qiymətinin aşağı olduğu bir vaxtda kəskin xərclərə getmək mümkün deyil. Amma istənilən halda yaşayış minimumu mərhələli şəkildə olsa belə artırılmalıdır. Çünki qiymətlərdə artım var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi də yaşayış minimumunu müəyyən edərkən bunu nəzərə almalıdır.


Həmçinin oxuyun:

Azərbaycanın bahalı məmurları

Məmurların yedikləri milyardlar

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=366757

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR