İtkin neftçilərin axtarışları dayandırıla bilər - VİDEO

İtkin neftçilərin axtarışları dayandırıla bilər - VİDEO
21:17 8 Dekabr 2015
144 Digər
Ölkə mətbuatı
A- A+

chr("39")chr("39")Günəşlichr("39")chr("39") yatağında baş vermiş hadisə ilə əlaqədar axtarışlar fasiləsiz davam edir. Günün ikinci yarısına qədər axtarışlar zamanı itkin düşmüş 23 neftçidən  hələ ki, xəbər yoxdur. Bu arada Ekologiya və Təbi Sərvətlər Nazirliyi isə sabahdan havanın kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. Bu səbəbdən sabahdan itkin düşmüş neftçilərin axtarışları müvəqqəti dayandirila bilər.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, hava şəraiti kəskin dəyişsə sabahdan itkin düşmüş neftçilərin axtarışı müvəqqəti dayandırıla bilər.

Güclü külək səbəbindən axtarış işləri ilə yanaşı yataqlarda, özüllərdə neftçilərin işi müvəqqəti dayandırılacaq.

Bu gün isə axtarışlar fasiləsiz davam edib. Bu işlərə Fövqəladə Hallar Nazirliyi daha 4, Sərhəd Xidməti daha 2 helikopter və 5 gəmi cəlb edib. İki dalğıc qrupu da chr("39")chr("39")Günəşlichr("39")chr("39") yatağına yaxın ərazilərdə axtarış aparır. Bütün cəhdlərə baxmayaraq yanğında itkin düşən 23, chr("39")chr("39")Neft daşlarıchr("39")chr("39")nda isə güclü küləyin butkanı dənizə aşırması nəticəsində itkin düşən 3 neftçidən xəbər yoxdur.

Hələ də davam edən yanğını söndürmək üçün 8 gəmi əraziyə cəlb edilib. Hətta bir neçə gəmiyə xüsusi nasoslar da quraşdırılacaq ki, onlar da alova saatda 1500-2000 kubmetr su vuracaq. Bu işlərə xarici mütəxəssislər də cəlb edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388681.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR