Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu qidalar asılılıq yaradır SİYAHI

Bu qidalar asılılıq yaradır SİYAHI

Date: 8 December 2015 21:22

Alimlər sübut edib ki, bəzi qidalar insanlarda asılılıq yaradır.
İnsan belə qidalardan hətta tox olduqda imtina edə bilmir. Əksər hallarda bu şirin və ya duzlu yağlı qidalar və şirin içkilərdir. 
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bu qidalar və içkilərin əksər hissəsi insan sağlamlığı üçün ziyanlıdır ki, piylənmə, ürək-damar sistemi xəstəlikləri, xərçəng xəstəliklərinin riskini artırır. Bu qidalar və içkilər arasında:
- Pizza. Sübut olunub ki, bu qida ən güclü asılılıq yaradır. Məhz bu səbəbdən bir çox xarici ölkələrdə pizza ənənəvi qidaya çevrilib və insanlar öz həyatını pizzasız təsəvvür edə bilmirlər.
Fast-fudlarda satılan pizza həddindən artıq kalorili və ziyanlı qidadır. Onun tərkibində çoxlu yağlar, emal olunmuş və kanserogen effektə (xərçəng əmələ gətirən) malik ət (kolbasa) var. Bu qidanı tez-tez yeyən insanlarda piylənmə, insult, infarkt, hətta xərçəng kimi xəstəliklərin riski artır.
- Şokolad növbəti qidalı "narkotik"dir. Şokolad konfetləri ziyanlı sayılır. Lakin təmiz acı şokolad (70% kakao) faydalı məhsuldur. Təmiz şokoladın az miqdarda qəbulu (plitkanın 1/3 hissəsi) insan orqanizminə müsbət təsir edir.
- Dondurma da çox kalorili məhsuldur. Yaxşı, keyfiyyətli, təbii dondurma faydalı məhsuldur. Belə dondurmanın az miqdarda qəbulu orqanizmə zərər yetirə bilməz. Lakin müasir dondurmanın istehsalı zamanı əsasən ucuz trans-yağlardan istifadə olunur.
- Kartof çipsləri çox ziyanlı qida sayılır. Onların müntəzəm qəbulu bədən çəkisinin artmasına səbəb olur və həmçinin xərçəngin riskini artırır.
- Kartof-fri bütün digər qızardılmış qidalar kimi kanserogen xüsusiyyətlərinə malikdir. Bu qidanın daim qəbulu mədə-bağırsaq xərçənginin riskini xeyli artırır. Bundan əlavə kartof-fri  kalorili məhsuldur.
- Peçenye yağ və şəkərlə zəngindir. Dükanlarda satılan peçenye trans-yağlar əsasında hazırlanır. Trans-yağlar kanserogen xüsusiyyətlərinə malikdir.
- Şirin qazlı içkilər (limonadlar və s.) şəkərlə zəngindir. Həkimlər sübut edir ki, belə içkilərin daim qəbulu piylənmənin və hətta xərçəngin riskini artırır.
Milli.Az


Tags:  qidalar asılılıq yaradır SİYAHI

RƏYLƏR


Top news