Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Diş plombları əbədiliyə qovuşa bilər

Diş plombları əbədiliyə qovuşa bilər

Date: 8 December 2015 21:42

Sidney Universiteti (Avstraliya) alimləri sübut edir ki, kariyes zamanı dişlərə plombların qoyulması dişlərə xeyirdən çox ziyan vurur.
Belə ki, araşdırmalar nəticəsində məlum olub ki, plombun qoyulması qonşu dişlərə mənfi təsir edir, onları infeksiyalara və nəticədə kariyesə qarşı daha həssas edir.
ScienceDaily-nin məlumatına görə, Avstraliya alimləri sübut edir ki, kariyes zamanı dişlərin oyulması və plombların qoyulması heç də hər zaman vacib deyil. Alimlər öyrəniblər ki, kariyes fikirləşdiyimizdən daha gec inkişaf edir.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, alimlər xüsusi "kariyesi idarə etməsi" sistemi hazırlayıblar. Bu sistemin tətbiqi plombların sayını xeyli azalda bilər. Bu sistem Avstraliyada artıq 7 il ərzində sınaqdan keçirilir. Nəticədə plombların sayı 30-50% azalıb.
Yeni sistemə əsasən kariyesin ilkin mərhələlərində xəstə dişlərə ftor vurulur, pasiyentə dişlərə düzgün qulluq qaydaları öyrədilir. Həmçinin həkimlər qidalanmada şəkərin miqdarının azaltmağı tövsiyə edirlər.
Milli.Az


Tags:  Diş plombları əbədiliyə qovuşa bilər

RƏYLƏR


Top news