Gənclər Gəncə şəhərinin turizm marşrutu təqdim ediblər

Gənclər Gəncə şəhərinin turizm marşrutu təqdim ediblər
21:43 8 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən reallaşdırılan “Sənin könüllü bələdçin” layihəsi çərçivəsində bu şəhərin turizm marşrutu təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunan layihə çərçivəsində könüllük mədəniyyətinin formalaşdırılması, regionlarda könüllülüyə marağın artırılması üçün müxtəlif təlimlər keçirilib.
Təlimlər “Gəncə - 2016 Avropa gənclər paytaxtı” ilə əlaqədar təşkil olunacaq tədbirlərdə könüllü qismində çalışacaq gənclərin peşəkarlığının artırılması, onların şəhərin tarixi və ölkəmiz haqqında biliklərinin artırılması məqsədini daşıyır. İştirakçılara könüllük, bələdçilik, təqdimat bacarıqları ilə bağlı dərslər verilib.
Yekunda gənclər hazırladıqları Gəncə şəhərinin turizm marşrutunu təqdim ediblər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gencler_Gence_seherinin_turizm_marsrutu_teqdim_edibler-909500

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR