Minskdə blits və rapid üzrə Avropa şahmat çempionatı keçiriləcək

Minskdə blits və rapid üzrə Avropa şahmat çempionatı keçiriləcək
21:58 8 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Minsk, 8 dekabr, AZƏRTAC
Minskdə şahmatın blits və rapid növləri üzrə Avropa çempionatının mükafat fondu 30 min avrodan çox olacaq. AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, bu barədə yarışların direktoru Nikolay Zarubitski dekabrın 8-də mətbuat konfransında məlumat verib.
N.Zarubitski deyib: “Ölkəmizdə ilk dəfədir ki, yüksək səviyyəli şahmat turniri keçirilir. Çempionatın ümumi mükafat fondu 30 min avrodan çox olacaq. İştirakçıların coğrafiyası çox genişdir. 31 ölkədən müraciətlər daxil olub. Blits yarışlarında 675, rapiddə 802 şahmatçı iştirak edəcək. Qeyd edim ki, şahmatçıların çoxu hər iki növdə yarışacaq. Belə irimiqyaslı tədbiri keçirmək üçün İdman Sarayı daha münasibdir. Kompleksdə istər internet, istərsə də digər infrastruktur Avropa Şahmat Federasiyasının çox ciddi tələblərinə uyğundur”.
Mətbuat konfransında təsdiq edilib ki, çempionatın əcnəbi iştirakçılarına pulsuz vizalar veriləcək. Turnirin direktoru vurğulayıb ki, Minskin mərkəzində inkişaf etmiş infrastruktur (dünya səviyyəli otellər, ticarət və əyləncə mərkəzləri) 2015-ci ildə blits və rapid üzrə Avropa şahmat çempionatının keçiriləcəyi şəhərin müəyyən olunmasında öz rolunu oynayıb.
Dekabrın 18-dən 20-dək keçiriləcək blits və rapid üzrə Avropa çempionatı son 15 ildə Belarus şahmat tarixində əhəmiyyətli turnirdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Minskde_blits_ve_rapid_uzre_Avropa_sahmat_chempionati_kechirilecek-909504

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR