Rahid Əmirquliyev seçim qarşısında: "Qarabağ", yoxsa "Qəbələ"

Rahid Əmirquliyev seçim qarşısında:   "Qarabağ", yoxsa "Qəbələ"
22:07 8 Dekabr 2015
55 İdman
Ölkə mətbuatı
A- A+

"Xəzər Lənkəran"da yarpaq tökümü davam edir. Legionerlərin tərk etdiyi komandadan təcrübəli yerli futbolçular da ayrılmaqdadı. Sportline.az xəbər verir ki, kapitan Rahid Əmirquliyev də ilin sonunda "Xəzər Lənkəran"la yollarını ayıracaq. 


Milli komandanın yarımmüdafiəçisi seçim qarşısındadı. Onun karyerasını "Qarabağ" və ya "Qəbələ"də davam etdirəcəyi bildirilir. "Xəzər Lənkəran" klubundan verilən məlumata görə, Rahidin yerli komandalarla yanaşı, adı hələlik açıqlanmayan Avropa klubundan da təklifi var.


Qeyd edək ki, 26 yaşlı futbolçu 2006-cı ildən "Xəzər Lənkəran"ın uğurları üçün çalışır.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-rahid-mirquliyev-secim-qarsnda-t46016.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR