Yanğını söndürməyə əcnəbi mütəxəssislər cəlb olunub (VİDEO)

Yanğını söndürməyə əcnəbi mütəxəssislər cəlb olunub (VİDEO)
22:16 8 Dekabr 2015
56 Digər
Ölkə mətbuatı
A- A+

Bir qədər əvvəl ANS TV-nin xüsusi müxbiri Mir Şahin yanğının baş verdiyi “Günəşli” yatağından qayıdıb.

Platformada yanğının söndürülməsinin çətinlikləri, yanğının söndürülməsinə kömək üçün xarici mütəxəssislərin cəlb olunması və digər təfərrüatlar barədə sualları ANS-ə eksklüziv müsahibəsində “28 may” Neft və Qazçıxarma İdarəsinin rəisi Rövşən Qarayev cavablandırıb:

“Yaxın keçmişdə "Bulla-Dəniz" yatağının 90 saylı quyusunda da yanğın baş vermişdi. Məhz 90 saylı quyuda baş verən yanğının söndürülməsinə xarici mütəxəssislər dəvət olunmuşdu. Hazırda həmin mütəxəssislər “Günəşli” yatağından yanğının söndürülməsinə cəlb ediliblər. İki nəfərdən ibarət mütəxəssis qrupu hazırda iş başındadır. ABŞ-lı mütəxəssislər dünyanın bir çox ölkələrində açıq dənizdə platformalarda baş verən yanğınların söndürülməsi sahəsində böyük təcrübəyə malikdirlər. Bu gün ekoloji vəziyyəti nəzərə alaraq quyuda yanğının söndürülməsinə tələsmirik. Çünki, həmin quyulardan sızıntılar və axıntıların aradan qaldırılması üzərində iş aparılır. Bu işlər başa çatdıqdan sonra yanğının söndürüləməsinə başlanılacaq. Əgər biz indi yanğını söndürsək, o zaman bu Xəzərin ekoloji baxımından çirklənməsinə səbəb ola bilər”.

Mir Şahinin “Günəşli” yatığndan xüsusi reportajına bazar günü, dekabrın 13-də gedəcək “Hesabat” verilişində baxa bilərsiz.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366796

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR