Televiziya sizin ixtiyarınızda olsun, siz onun yox

Televiziya sizin ixtiyarınızda olsun, siz onun yox
22:22 8 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Müasir həyatımızın sürəti və qarmaşıqlığı insan diqqətinin uzun müddətli olmasına qarşı düşmən kəsilib. Diqqətin ən qabarıq düşmənlərindən biri isə televiziyadır. 
İnkar etməyək ki, bir çoxlarımız televiziyanın sürətli tempi tərəfindən təlimləndirilərək böyüdük. Uşaqlığımızdan çizgi filmləri daxil yaşa dolduğumuz çağlarda müxtəlif proqram, verililşlər, serial, filmlər və s, hər birinin "inkişafımızda" rolu olub. Ən çox izlənən və bəyənilən TV Şoular hadisələrin arasını dolduran hekayələrlə bəzədilərək, əsas mövzunun 20 dəqiqəyə sıxışdırıldığı bir verilişdən, şoudan nə öyrənmək olar axı? Hələ bunların arasında verilən 5 dəqiqəlik reklamları demirəm. Bütövlükdə verilişdə ana mövzu olaraq 20 dəqiqəlik məsələ bəzədilərək 1 saat müddətinə çıxarılır və bununla da insanların qiymətli zamanları əllərindən alınmış olur. 
Milli.Az qadın.net-ə istinadən bildirir ki, bəzi psixoloq və psixoterapevtlərə görə müasir televiziya verilişləri 90% zaman itkisindən başqa bir şey deyildir. İnsanlar belə verilişlərə bağlı hala gəliblər. Bu şəkildə verilən biliklərin kimsəyə faydası yoxdur. Hətta daha irəli gedərək  yeni körpə doğulan ailədə televizorların atılmasını iddia edən mütəxəssislər (Dr. Ross McCabe) də var. Onların fikrinə görə uşaqlar televiziya ilə tanış olduqları zaman həyatın reallıqlarından uzaq düşürlər və cizgi filmlərinə (xəyal dünyası)-na daha çox bağlanırlar. 
Bəli, mən də buna qatılıram. Televizor bir çox insan üçün köklənmiş olduğu yararsız vərdişlərin yaranmasına gətirib çıxarır. Uşaqlarınızın daha yaxşı, daha həqiqi düşünməsini istəyirsinizsə, televizoru atmalısınız! Yox əgər ata bilmirsinizsə, hazırkı zamanda buna hazır deyilsinizsə, ən azından aşağıdakı qaydalara əməl edərək televiziyadan düzgün istifadəni öyrənməlisiniz.  

Televiziyadan düzgün istifadə qaydaları:

1. Bir saat ərzində bir neçə dəqiqəlik bir çox qonağı olan verilişlər yerinə bir tək qonaq çağrılmış verilişi izləyin. Bir saat müddətində 4,8 və ya 12 mövzusu olan veriliş əvəzinə yalnız bir mövzusu olan verilişi izləyin. Gün boyu 3 ədəd bir saatlıq serial izləmək yerinə üç saatlıq bir film izləyin. 

2. Sənədli film izləyərkən diqqətinizin yayınmaması üçün verilişi və ya filmi izləyərkən qəti olaraq yemək yeməyin və ya çay, qəhvə içməyin, çərəz də olmamalıdır. Nəzərə almalısınız ki, bu cür öyrədici verilişləri izlədikdə yemək-içmək səyi həm diqqəti yayındırır, həm də materialı qavramaq üçün lazım olan gərginliyi qırmağa səbəb olur. Əgər belə materialları öyrənmək məqsədilə izləyirsinizsə, veriliş bitənə qədər heç bir kənar məşğuliyyətlə məşğul olmayın. 
3. Həftənin iki, yaxud üç günü ümumiyyətlə televizoru açmayın. Həmin günləri real həyatla bağlı işlərinizi görün. Darıxsanız, sıxılsanız, maraqlı bir öyrədici kitab oxuyun. Məqalə hazırlayın, məsələn, mənim indi sizlərə təqdim etdiyim bu kiçik məqalə kimi. Əgər yazmaq həvəsiniz yoxdursa, ən azından beyin inkişafı üçün çalışmalar, məntiqi hesablamalar, yaxud rəsm çəkmək, boyamaq kimi məşğuliyyətlərlə də məşğul ola bilərsiniz. 
4. Televiziyada arzusunda olduğunuz öyrədici bir proqram, verilişi izləmək həvəsindəsinizsə, bəyəndiyiniz kanallardan birinə email yazın, yaxud zəng edin və hansı silsilə öyrədici verilişi izləmək xahişinizi bildirin. 
5. Son olaraq, elə edin ki, televiziya sizin ixtiyarınızda olsun, siz onun yox!
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388636.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR