Həyacanlı Nardaran

Həyacanlı Nardaran
22:42 8 Dekabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+

Nardaran sakinindən nümunəvi hərəkət (06 İyun 2017 13:33)
Nardaran sakini silah tapdı (22 Aprel 2017 12:17)
Nardaran sakini qumbara ilə polis bölməsinə getdi (09 Mart 2017 16:04)

Noyabrın 26-da Azərbaycanın hüquq mühafizə orqanları Bakı yaxınlığındakı Nardaran qəsəbəsində genişmiqyaslı əməliyyat keçiriblər. Nəticədə, Taleh Bağırovun rəhbərlik etdiyi, din pərdəsi altında fəaliyyət göstərən ekstremist qruplaşmanın üzvləri saxlanılıb. Əməliyyat zamanı qruplaşma üzvləri silahlı müqavimət göstəriblər, nəticədə, dəstənin 4 üzvü məhv edlib. Hüquq mühafizə orqanları da itki veriblər - 2 polis əməkdaşı öz vəzifə borcunu yerinə yetirərkən həlak olub. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə, onlar "Azərbaycan bayrağı" ordeni ilə təltif ediliblər və II Fəxri xiyabanda dəfn olunublar. T.Bağırovun başçılıq etdiyi dəstənin 14 üzvü isə məhkəmənin qərarı ilə həbs olunub. 

Azərbaycan Şimali Afrika, Yaxın və Orta Şərqi bürümüş, din pərdəsi altındakı terror fəaliyyəti və ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş digər cəhdlər kimi tendensiyadan kənarda durmağa çalışır. Başqa ölkələrdən fərqli olaraq, Azərbaycanda lazımi qabaqlayıcı tədbirlər görülür və bu cür "dini" qruplar tərəfindən sabitliyin pozulması cəhdləri kökündəcə boğularaq, cinayətin həyata keçməsinə imkan verilmir. Nardaranda da belə olub. Buna baxmayaraq, son illər bu qəsəbədə yaşanan bütün hadisələr kimi, noyabrın 26-da baş vermiş hadisəyə də xüsusi həssaslıqla yanaşılmalıdır. 
İlk olaraq problem haqda qısa arayış verək. Bakının Sabunçu rayonundakı şəhər tipli qəsəbə olan Nardaran Bakının 25 km-də yerləşir. Onun əhalisi daim öz dindarlığı ilə seçilib. Bakının qlamur mərkəzindən ilk dəfə buraya düşən xarici turist evlərin və divarların üzərində yazılmış Quran surələri, üzərində dini yazılar olan qara və yaşıl bayraqlar, ənənəvi müsəlman geyimli qadınları və s. görəndə bir anlıq donur. Belə təsəvvür yaranır ki, sən dünyəvi ölkənin paytaxtından qəflətən Dəməşq, Beyrut və ya hansısa başqa Yaxın Şərq şəhərinin küçələrinə düşmüsən. Halbuki sovet illərində nardaranlılar gülçülük təsərrüfatı, xalçaçılıq, özünün südçülük-tərəvəzçilik sovxozu ilə tanınırdı. Bakılılar çimərlik və təzə balıq üçün məhz buraya gəlirdilər. Amma son illər ərzində bu qəsəbə artıq çox pis şöhrət qazanıb - dini dəstələrin qiyamları, kütləvi aksiyalar, hüquq mühafizə orqanları ilə zorakılıq, avtomobillərin yandırılması və hətta, yerli əhalidə haradansa peyda olan odlu silahdan istifadə ilə nəticələnən qarşıdurmalar. Son 15 ildə qəsəbədə bu cür hadisələr tez-tez təkrarlanır. Səbəblərsə müxtəlif olub - qonşu müsəlman ölkələrdəki siyasi hadisələrdən tutmuş, məişət problemlərinədək. Və bütün bunlar dini şüarlar altında yaşanıb. Öz növbəsində hakimiyyət vəziyyəti daha da gərginləşdirməməyə çalışır və durum yalnız lap təhlükəli həddə çatanda proseslərə müdaxilə etməli olur. Buna görə də, əksər ekspertlərin fikrincə, Nardaran bu gün dini faktordan istifadə edərək daxildən və xaricdən Azərbaycandakı sabitliyi pozmağa cəhd edənlər üçün ən münasib məkana çevrilib. 
Bu arayışla tanış olduqdan sonra, artıq, ötən həftə qəsəbədə yaşananların xüsusiyyətini anlamaq olar. Haradasa - "Bakı ətrafında" dini motivlə bağlı qarşıdurma haqda eşidəndə ilk olaraq ağla gələn yer Nardarandır. Halbuki ötən həftə baş vermiş hadisənin dinlə və kəndin dinc sakinləri ilə heç bir əlaqəsi olmadığını iddia etmək üçün kifayət qədər əsas var. Hakimiyyətin açıqladığı məlumata əsasən, əməliyyat nəticəsində zərərsizləşdirilmiş şəxslərin üzvü olduqları "Müsəlman İttifaqı" Birliyi nə dini birlik, nə də qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçməyib. Yeri gəlmişkən, Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsindən xüsusi olaraq bir faktı vurğulayırlar ki, T.Bağırovun özü nardaranlı deyil. Məlumdur ki, o, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. 2005-2010-cu illərdə İranın Qum şəhərində dini təhsil alıb, 2010-2011-ci illərdə isə dini təhsilini digər İran şəhəri olan Nəcəfdə davam etdirib. Cavan olmasına baxmayaraq, (1984-cü il təvəllüddür), T.Bağırov dəfələrlə məhkum olunub. Məsələn, 6 may 2011-ci ildə qanunsuz kütləvi aksiyada iştirak etdiyinə görə həbs olunan T.Bağırov xuliqanlıq və polis əməkdaşlarına müqavimətdə ittiham olunaraq 1,5 il müddətinə azadlıqdan məhrum edilmişdi. İkinci dəfə isə o, 2013-cü ilin noyabrında həbs olundu və narkotik saxlama və yaymasına görə 2 il müddətinə azadlıqdan məhrum olundu. 2014-cü ilin avqustunda kamerada qadağan olunmuş əşyalar saxladığına görə həbs müddəti daha 4 aylıq uzadılıb. Sonuncu həbsdən əvvəl isə T.Bağırov azadlıqda cəmi bir neçə ay qaldı - o, həbsdən bu il iyulun 30-da çıxmışdı. 
Qanlı hadisələrdən dərhal sonra Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Nardaranda baş verənləri hakimiyyəti ələ keçirmək cəhdi kimi qiymətləndirərək, bunun dinlə heç bir əlaqəsi olmadığını bəyan edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər hakimiyyət orqanları, həmçinin ictimaiyyət nümayəndələri də müvafiq bəyanatlarla çıxış ediblər. Bununla yanaşı, onlar, bu hadisələrdə xarici izin olduğunu da istisna etmirlər. "Bu hadisələr xarici və daxili qüvvələr tərəfindən müəyyən siyasi məqsədlərlə hazırlanıb", - deyə QMİ-nin bəyanatında vurğulanır.
Bu "müəyyən məqsədlər" isə hamıya yaxşı bəllidir. Nardarandakı hadisələr Bakıda olduqca vacib beynəlxalq tədbir - Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə İslam Təşkilatı (İSESCO) Baş Konfransının XII sessiyasının keçirildiyi vaxt baş verib. "Müsəlman İttifaqı"nın ölkədə dini faktordan sui-istifadə edərək sabitliyi pozmaq cəhdinin, onlarla müsəlman ölkəsinin yüksəkrütbəli təmsilçilərinin Bakıya toplaşaraq İslam həmrəyliyi məsələlərini, İslamın zorakılıq və terrorla əlaqəsi haqda Qərbdəki səhv təsəvvürləri müzakirə etdiyi bir vaxta təsadüf etməsi təsadüf sayıla bilərmi?
Beynəlxalq ictimai rəydə Azərbaycan sivilizasiyalar arasında dialoqun təşəbbüskarı və siyasi, iqtisadi və dini kataklizmlərin yaşandığı dünyada sabitlik adası kimi xarakterizə olunur. Və bu fakt bir çoxlarını qıcıqlandırır. Bu, konkret olaraq, müxtəlif dini bayraqlar altında fəaliyyət göstərən ekstremist təşkilatların, o cümlədən qonşu regionlarda azğınlıq edən və Azərbaycanı da öz "xəlifət"inə daxil etmək istəyini gizlətməyən "İslam Dövləti" terrorçularının xoşuna gəlmir. Üstəlik, Azərbaycandakı sabitlik və onun müstəqil siyasəti təkcə "İD" təşkilatını deyil, ayrı-ayrı dövlətləri də narahat edir. Özü də bunların arasında müsəlman Şərqdə deyil, xristian Qərbdə yerləşən ölkələr də var. Bu haqda dəfələrlə danışılıb, odur ki, bu faktoru da nəzərdən qaçırmaq olmaz. Yeri gəlmişkən, bu mürəkkəb şəraitdə kənardan alınan dəstək Azərbaycan üçün çox vacibdir. Məsələn, Nardaran hadisələri zamanı Bakıda olan Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu birmənalı şəkildə bu olayları "terror aktı" adlandırıb.
İstənilən halda, Azərbaycan müxtəlif bəhanələrlə ölkədə sabitliyi pozmaq cəhdlərilə ilk dəfə deyil üzləşir və indiyədək dəfələrlə, xüsusilə də müstəqilliyin ilk illərində, bundan da böyük miqyaslı hadisələrin qarşısı uğurla alınıb. Hakimiyyət Azərbaycanda dini sabitliyi pozmaq cəhdlərinin heç bir nəticə verməyəcəyinə əmindir, çünki bu cür zərərli ideyaların daşıyıcılar əhalinin dəstəyini ala bilmir. Amma ümumilikdə ölkədə vəziyyətin sabit olmasına rəğmən, Konstitusiyaya əsasən dövlətin dindən ayrı olduğu dünyəvi Azərbaycanda bu istiqamətdə dövlət nəzarətini gücləndirmək məqsədilə bir sıra addımların atılması zəruridir. Nardaranda baş verən hadisələrin əsl motivləri və səbəblərini istintaq müəyyən edəcək, bu olaylar dərindən analiz edilməli və müvafiq nəticələr çıxarılmalıdır. Yeri gəlmişkən, bu itiqamətdə artıq vacib addımlar atılacaq. Məsələn, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi din azadlığı sahəsində qanunvericiliyi sərtləşdirmək istiqamətində müəyyən təşəbbüslər hazırlayır. Söhbət yeni qaydanın tətbiq olunmasından gedir - bundan sonra ölkədə dini fəaliyyətlə baza təhsilini yalnız vətəndə almış şəxslər məşğul ola biləcəklər, xaricdə təhsil almış və beyni zərərli ideyalarla zəhərlənmiş şəxslərə isə belə imkan verilməyəcək. Komitə sədri Mübariz Qurbanlının sözlərinə görə, müvafiq təkliflər paketi yaxın vaxtlarda Milli Məclisə təqdim olunacaq.
"Region Plyus"

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Sonata" ilə "07" toqquşdu: 17 yaşlı sürücü öldü

26 İyun 2017 14:52

Ağdaşda 17 yaşlı sürücü DƏHŞƏTLİ QƏZA TÖRƏTDİ: 4 nəfər...

26 İyun 2017 14:48

Rusiya bu ölkəyə 10 qırıcı göndərir

26 İyun 2017 14:47

Tovuzda qatar adam vurub

26 İyun 2017 14:44

Hərbi orkestrlərin nümunəvi çıxışları olacaq

26 İyun 2017 14:40

Pərvin Abıyevanın bu VİDEOSU hər kəsi güldürdü

26 İyun 2017 14:38

"Zirə" - "Differdanj" oyunu canlı yayımda

26 İyun 2017 14:37

"İbrahim Şehiç Türkiyə klubuna getmədi"

26 İyun 2017 14:37

"Məktəbdə nəvələrimi lağa qoyub, analarının əxlaqsız..." - Dəhşətli namus cinayəti...

26 İyun 2017 14:27

"Ginnesin rekordlar kitabı"na düşən azərbaycanlı: "Riski çoxdur"

26 İyun 2017 14:24

Yunanıstanda istilər son 10 ilin rekordunu yeniləyib

26 İyun 2017 14:22

ABŞ-dan ərəb ölkələrinin Qətərə qarşı addımlarına reaksiya

26 İyun 2017 14:18

Ruslar Stalini tarixin ən dahi şəxsi seçdilər

26 İyun 2017 14:17

Heydər Əliyev Mərkəzinin parkında şahmat turniri

26 İyun 2017 14:17

"Eintracht"ın məşqçisi Renatın Azərbaycanı seçməsi barədə danışdı

26 İyun 2017 14:12

Bu ilin yayına ağ rəng hakimlik edəcək

26 İyun 2017 14:06

Qəssab Nüsrət geyimlərinə sərvət ödədi - FOTO

26 İyun 2017 14:03

Ağdaşda yol qəzası baş verib, xəsarət alanlar var

26 İyun 2017 14:02

Azərbaycan Ukraynadan süd məhsulları alır

26 İyun 2017 13:57

Piratlar tankerdən 1,5 milyon litr yanacaq oğurladılar

26 İyun 2017 13:57

Heydər Əliyev Mərkəzinin parkında şahmat turniri keçirilib

26 İyun 2017 13:55

Azərbaycan yığmasının oyunçusu Avropa Liqasında 3-cü pillədə

26 İyun 2017 13:47

Türkiyədə PKK terrorçuları ilə atışmada bir hərbçi şəhid olub, biri yaralanıb

26 İyun 2017 13:47

Xalq artisti Qəndab Quliyeva vəfat etdi

26 İyun 2017 13:46

Xalq artisti Qəndab Quliyeva vəfat edib

26 İyun 2017 13:42

Pələngdən qadına qarşı İNANILMAZ HƏRƏKƏT - Anbaan VİDEO

26 İyun 2017 13:38

Qənirə Paşayeva Malavinin sabiq prezidenti ilə görüşüb (FOTO)

26 İyun 2017 13:29

İstirahət günü yol qəzaları

26 İyun 2017 13:28

Türkan Şorayın SARAY kimi evi - FOTO

26 İyun 2017 13:23

Səmərqənddə tanınmış azərbaycanlı heykəltəraşın barelyefi açılıb

26 İyun 2017 13:22

"Mladost" - "İnter" matçının hakimləri müəyyənləşib

26 İyun 2017 13:22

Belarus Rusiyadan "İsgəndər" ala bilər

26 İyun 2017 13:22

Avtovağzalda RƏZALƏT: pul üçün min oyundan ÇIXDILAR - REPORTAJ/FOTO

26 İyun 2017 13:13

KİV: Tramp ABŞ-ın energetika sahəsində dünya liderinə çevrilməsi üçün planlarını açıqlayacaq

26 İyun 2017 13:12

Taliban su anbarına hücum etdi: 10 polis öldürüldü

26 İyun 2017 13:12

Sabah 38 dərəcə isti olacaq

26 İyun 2017 13:11

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

26 İyun 2017 13:07

Premyer Liqada böyük transfer: Ver Serxionu, al Aleksi

26 İyun 2017 13:07

Millimizin futbolçusunun baş məşqçisi erməni oldu

26 İyun 2017 13:05

Tramp 20 illik Ramazan ənənəsini pozdu

26 İyun 2017 13:05

Havalar kəskin isinir

26 İyun 2017 13:04

Bayram günü ACI XƏBƏR GƏLDİ - 1 şəhid, 1 yaralı

26 İyun 2017 13:03

"Formula 1"-lə əlaqədar bağlanan küçələri bu axşam açılır

26 İyun 2017 12:59

Özbəkistan uçot dərəcəsini 9%-dən 14%-ə qaldırıb

26 İyun 2017 12:52

Rusiyalı cazibədar model Bakı bulvarında - FOTO

26 İyun 2017 12:52

Ölkə çempionatının ən seksual voleybolçusu seçildi - FOTOSESSİYA

26 İyun 2017 12:49

Telefondan narkotik vasitə çıxdı

26 İyun 2017 12:45

Model qızın ölümündə günahlandırılan həkim haqqında İLGİNC FAKTLAR - FOTO

26 İyun 2017 12:42

Qəbiristanlıqdan oğurluq edən şəxs tutuldu

26 İyun 2017 12:39

Formula 1 üzrə Azərbaycan Qran Prisinə həsr olunan marafon keçirilib

26 İyun 2017 12:37