Nardaran küçələrinə işıq verildi

Nardaran küçələrinə işıq verildi
22:51 8 Dekabr 2015
60 Digər
Ölkə mətbuatı
A- A+

"Nardaran qəsəbəsinin bir müddət əvvəl kəsilən elektrik enerjisi artıq bərpa edilir. Hazırda küçə və meydanlarda işıqlar yanır. Ümid edirik ki, yaxın günlərdə evlərdə də elektrik enerjisinin verilişi bərpa ediləcək. Kart sistemi olacaq, pulunu verib enerjidən istifadə edəcəksən".

Bu barədə ANS PRESS-ə Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov deyib. Onun sözlərinə görə, bu gündən etibarən kənd mərkəzində və küçələrdə elektrik enerjisinin verilişi bərpa edilib.

“Şükürlər olsun ki, son günlər havalar mülayim keçir.Yaxın günlərdə əhaliyə də elektrik enerjisinin verilməsi həll olunacaq. Bunlar kart sistemi ilə olacaq”,- deyə Natiq Kərimov qeyd edib.


Natiq Kərimov - Nardaran Ağsaqqallar Şurasının sədri

ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayev bir müddət əvvəl qəsəbədə yenidən SMS tipli sayğacların quraşdırılmasına başlanıldığını bildirib.

"Hər bir abonentlə fərdi qaydada xüsusi müqavilə bağlanaraq sayğaclara yüklədikləri vəsait əsasında elektrik enerjisi ilə təchiz ediləcəklər. Bütün yuxarıda qeyd olunan tədbirlərin icrasına nəzarət təmin etmək üçün xüsusi qərargah yaradılıb. Abonentlər elektrik enerjisi təchizatı ilə bağlı qərargaha müraciət edə bilərlər”, - deyə qurum rəsmisi qeyd edib.


Tanrıverdi Mustafayev - ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri

Qəsəbənin giriş və çıxışlarında qoyulmuş polis postları hələ götürülməyib. Hüquq-mühafizə orqanlarının Nardaran qəsəbəsində əməliyyatı davam edir. Qəsəbəyə daxil olan və çıxan hər kəs yoxlanılır. Nardaran sakinlərinin qəsəbəyə daxil olmasına heç bir məhdudiyyət yoxdur. Həmçinin Nardaranın mərkəzi meydanlarına Daxili Qoşunların qüvvələri nəzarət edir.

Qeyd edək ki, Noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılmış, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib. 2 əməkdaş qəhrəmancasına həlak olub.
Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366795

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR