Ermənistanın növbəti təxribatının qarşısı alınıb (VİDEO)

Ermənistanın növbəti təxribatının qarşısı alınıb (VİDEO)
23:01 8 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

UNESCO hökumətlərarası komitəsinin toplantısında Azərbaycan nümayəndə heyəti Ermənistan təxribatına layiqli cavab verib.

30 noyabrdan 4 dekabr tarixinədək davam edən sessiyada Ermənistanın təqdim etdiyi “Köçəri, ənənəvi qrup rəqsi” nominasiya faylı qeyri-mədəni irs üzrə reprezentativ fayla daxil edilməyib. Fayl Ermənistana geri qaytarılıb.

Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə ANS-ə açıqlama verib:

“Ermənilər “Köçəri, ənənəvi qrup rəqsi”ni UNESCO-ya təqdim etməklə bizdə belə bir fikir formalaşdı ki, məhz onların Naxçıvana olan iddialarını bu formada həyata keçirməyə çalışırlar. Qiymətləndirmə qrumu həmin sənədə 5 mənfi rəy vermişdi. Bu 5 mənfi rəy hökumətlərarası komitədə müzakirə olundu. Biz ayrı-ayrılıqda komitə üzvülərinin hər birinə öz etirazımızı bildirdik ki, bu artıq siyasiləşdirilmiş bir məsələdir. Təbii ki, bu da bizim maraqlarımıza cavab vermir. Eyni zamanda bunu biz erməni təcavüzünün davamı kimi qiymətləndiririk”.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366788

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR