İŞİD-ə qoşulmaq istəyən 17 azərbaycanlı tutuldu

İŞİD-ə qoşulmaq istəyən 17 azərbaycanlı tutuldu
23:37 8 Dekabr 2015
63 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Silahlı Qüvvələri İraq-Şam İslam Dövləti (İŞİD), PYD və digər terror təşkilatlarının sərhədin Suriya hissəsində fəallıqlarını artırmasının Türkiyə üçün milli bir təhdid yaratması və xarici döyüşçülərin keçidlərini əngəlləmək üçün tədbirlərini artırıb. 

Milli.Az modern.az-a istinadən bildirir ki, bu ölkənin Quru Qüvvələri Komandanlığına bağlı sərhəd qoşunları 2015-ci il ərzində Suriya sərhədində 909 xarici terrorçu döyüşçü yaxalayıb.

Bu terrorçuların 324-nün Çin, 98-nin isə Rusiyadan olduğu müəyyən edilib. Suriya sərhədindəki sərhəd qoşunları Türkiyə - Suriya sərhədində alınan fəal tədbirlər çərçivəsində 2015-ci il ərzində əhəmiyyətli hissəsi terror təşkilatı İŞİD mənsub olduğu dəyərləndirilən 54 ölkə əsilli 909 xarici döyüşçü yaxalayıb. Bu terrorçuların çoxunun terror təşkilatı İŞİD-lə əlaqəli olduğu bildirilir.  

Yaxalanan terrorçulardan 57-nin Əfqanıstan, 19-nun Almaniya, 17-nin Azərbaycan, 18-nin Fransa, 81-nin Fələstin, 14-nün İsveç, 23-nün Tacikistan, 63-nün Türkmənistan, 19-nun İngiltərə, 44-nün İndoneziya əsilli olduğu müəyyənləşdirilib.
Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388762.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR