Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyənin vurduğu “SU-25”-in “qara qutu”su Putinə təqdim edildi

Türkiyənin vurduğu “SU-25”-in “qara qutu”su Putinə təqdim edildi

Date: 8 December 2015 23:49

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Türkiyə Hərbi-Hava Qüvvələri tərəfindən   vurulan “SU-25” bombardmançı təyyarəsinin “qara qutu”sunu prezident  Vladimir Putinə təqdim edib.  

 

“Biz pilotumuzu güllələyərək qətlə yetirən silahlıların olduğu ərazidə fəal iş aparmışıq, bu ərazilər xüsusi əməliyyat qüvvələri və Suriya ordusunun xüsusi təyinatlıları tərəfindən azad edilib. Suriya hərbçiləri ərazini yoxlayarkən təyyarəmizin düşdüyü yeri aşkarlayıblar”, deyə Şoyqu bildirib.  

 

Nazirin sözlərinə görə, silahlılar ərazini kütləvi şəkildə tərk ediblər.

 

Vladimir Putin Sergey Şoyquya “qara qutu”nu yalnız beynəlxalq ekspertlərin iştirakı ilə tətbiq etməyi tapşırıb.    


Tags:  Türkiyənin vurduğu SU-25-in qara qutusu Putinə təqdim edildi

RƏYLƏR


Top news