Türkiyə Rusiyaya qarşı hərbi təlimlərə başladı (VİDEO,FOTO)

Türkiyə Rusiyaya qarşı hərbi təlimlərə başladı (VİDEO,FOTO)
23:51 8 Dekabr 2015
61 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ, Türkiyə, Rumıniya və Ukraynanın hərbi dəniz qüvvələrləri Qara dənizin qərb hissəsində birgə təlimlər keçirib.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna Hərbi-Dəniz Qüvvələrlərinin mətbuat xidməti xəbər verib.

Gəmilər NATO standartları üzrə qarşılıqlı təmrinləri yerinə yetirib.

"Ukrayna Hərbi dəniz qüvvələrlərinin köməkçi gəmisi "Balta" Qara dənizin qərb hissəsində Rumıniya, ABŞ-ın və Türkiyənin flotlarının suüstü gəmiləriylə PASSEX tipinin birgə məşqlərini keçirib", - deyə Ukrayna flotunun verdiyi xəbərdə bildirilir.


"Balta" gəmisi

Ukrayna Hərbi-Dəniz Qüvvələrləri təlimlərin əsas hədəfinin NATO standartlarına müvafiq olaraq çoxmillətli taktik birləşmələr tərkibində qarşılıqlı təsirin işləməsiylə bağlı olduğunu qeyd edib. Ukrayna gəmisi taktik manevr etmə, əlaqə, hava hücumuna qarşı müdafiə, ələ keçirmə və gəmi-pozanın yoxlaması və yüklərin ötürülməsi üzrə təlimlərə hərəkət zamanı cəlb edilmişdi.



Bir neçə gün əvvəl Rusiya Xəzər sahilində S-400 zenit-raket kompleksinin sınağını keçirib. Bu barədə Rusiya Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairə komandanı Yaroslav Roşupkin xəbər verib. Rusiya Silahlı Qüvvələrinin Xəzər dənizi sahilində Həştərxan vilayətində təşkil edilən manevrlərində S-400 zenit-raket kompleksinin müdafiə etmə sistemləri yoxlanılıb.


Qara dəniz xəritədə

Yaroslav Roşupkin S-400 sistemlərindəki mərmilərin Həştərxan vilayətində Kapustin Yar poliqonunda yoxlanıldığını qeyd edib. Rus hərbi səlahiyyətlisi atılan 2 mərminin radio-elektron təsirə və maneələrə baxmayaraq 'Kaban' reaktiv hədəfini müvəffəqiyyətlə vurduğunu bildirib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366789

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR