Naxçıvan üçün böyük təhlükə

Naxçıvan üçün böyük təhlükə
23:57 8 Dekabr 2015
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın ermənipərəst siyasi qüvvələri Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanı münaqişə zonasına çevirməyə çalışırlar. 

Milli.Az anspress-ə istinadən bildirir ki, Türkiyə tərəfindən Rusiyaya məxsus Su-24 təyyarəsinin vurulmasından sonra bu qüvvələr xüsusilə fəallaşıblar. Belə qüvvələrin sırasında yer alan "Regnum" İnformasiya Agentliyi dekabrın 11-də öz mətbuat mərkəzində Moskva və Qars müqavilələrinin denonsasiyası, yəni qüvvədən salınması mövzusundə dəyirmi masa təyin edib. 

1921-ci il martın 16-da Türkiyə Böyük Millət Məclisi (TBMM) və Sovet Rusiyası arasında imzalanmış Moskva müqaviləsinə görə, keçmiş İrəvan quberniyasının Naxçıvan və Şərur-Dərələyəz qəzaları Azərbaycan ərazisi kimi tanınıb. Həmçinin Qars vilayəti və İrəvan quberniyasının keçmiş Sürməli qəzası və Aleksandropol qəzasının qərb hissəsi bu müqaviləyə görə Türkiyə ərazisi kimi müəyyən edilib. Moskva müqaviləsi nəticəsində əldə edilmiş anlaşma daha sonra 1921-ci il oktyabrın 13-də Türkiyənin Qars şəhərində Ermənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında Rusiyanın iştirakı ilə bağlanmış müqavilə nəticəsində yekun təsdiqini tapıb. Ermənistandan müqaviləyə xarici işlər naziri Poqos Makinzyan, Azərbaycandan isə dövlət nəzarəti naziri Behbud Şaxtaxtinski qol çəkib. Gürcüstanlı nazirlər Şalva Eliava və Aleksandr Svanidze, Türkiyəni Kazım Qarabəkir paşa, Rusiyanı isə səfir Yakov Qanetski təmsil edib. 

Beynəlxalq müstəvidə Naxçıvanı Azərbaycan ərazisi kimi təsbit edən bu müqavilənin əsas qarantları kimi həmişə Türkiyə və Rusiya tanınıb. SSRİ dağıldıqdan sonra Ermənistan mətbuatında Qars müqaviləsinin denonsasiya edilməsi və Naxçıvana qarşı ərazi iddiası qaldırılması barədə Ermənistan mətbuatında təkliflər səsləndirilsə də rəsmi İrəvan bu istiqamətdə heç bir real addım atmağa cürət etmirdi. Amma Rusiyada ekspertlər səviyyəsində başlanan bu hay-küy regionda xüsusilə Naxçıvan üçün yeni problemlər yarada bilər. Erməni millətçiləri iddia edirlər ki, 1918-ci ildə Zaqafqaziya seymi dağılan zaman bölgüyə görə, İrəvan quberniyası və Qars vilayəti ermənilərin payına düşmüşdü. Buna görə də, Qars müqaviləsini qüvvədən salmaqla İrəvan quberniyasına daxil olmuş Sürməli, Naxçvan və Şərur-Dərələyəz qəzalarına və Rusiya impreriyasının Qars vilayətinə yenidən iddia qaldırmağı mümkün sayırlar. Dolayısı ilə ermənilərin yeni ərazi iddiası Azərbaycanın Naxçıvan Muxtar Respublikası və müasir Türkiyənin əsasən azərbaycaqnlılar yaşayan Qars, İqdır və Ərdəhan vilayətləri ilə bağlı ola bilər. 

Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşı, politoloq Fikrət Sadıqlı Rusiya paytaxtında başlanan bu hay-küyün Türkiyə ilə bağlı olduğunu vurğulayır. "Əslində, ekspertlər səviyyəsində qaldırılmış bu hay-küy Rusiya-Türkiyə münasibətlərinin gərgin vəziyyəti fonunda Ankaraya bir növ ideoloji təzyiq məqsədi güdür. Təbii ki, bu müəyyən qədər Azərbaycana da təsir edə bilər. Xüsusilə, Kremlin bu hay-küyə yaşıl işıq yandırması açıq-aydın görünür",- deyə Fikrət Sadıxov bildirib. 

Lakin politoloq məsələ ilə bağlı qalxan hay-küyün ölkələrin ərazi bütövlüyünə heç bir təsir göstərə bilməyəcəyini söyləyir: "BMT-nin qəbul elədiyi beynəlxalq sərhədlər var. Heç bir ölkə birtərəfli qaydada bu sərhədləri tanımıdağını bəyan edə bilməz".

Məhz bu səbəbdəndir ki, Ermənistan hökuməti Qars müqaviləsini tanımadığını bəyan etsə də, sənədin rəsmi denonsasiya prosedurlarını gerçəkləşdirməyib. Qars müqaviləsindən narazı olan və Türkiyədə əhalisinin bir hissəsi müsəlman gürcü olan Artvin vilayətini tarixi ərazisi sayan Gürcüstanın parlamentinə də 2005-ci ildə sənədi denonsasiya etmək barədə səlahiyyət verilmişdi. Amma Gürcüstan parlamenti sənədi denonsasiya etmədi. Belə çıxır ki, rəsmi Tiflis bu işin heç bir fayda verməyəcəyini anladı. Hər halda, Avropanın ən güclü ordusuna maşlik Türkiyə ilə qarşıdurmanın heç də uğur gətirməyəcəyini gürcü deputatlar vaxtında dərk etdilər. 

Amma istənilən halda, Azərbaycan ehtiyatlı olmalıdır. Hər halda, söhbət bütün beynəlxalq hüququ və Helsinki xartiyasını ayaqlayaraq Krımı ilhaq etmiş Rusiyanın paytaxtında başlamış yeni əks-təbliğat dalğasından gedir. Rəsmi Bakı məsələ ilə bağlı dərhal hərəkətə keçərək Rusiya rəhbərliyi ilə danışaqlar aparmalı, Kremlə yaxın ekspertlərin başladığı bu qara piar dalğasını dayandırmalıdır. 
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Rusiyalı deputat Soçi görüşünu dəyərləndirdi: "Münasibətlər inkişaf edəcək"

23 İyul 2017 14:54

Uşağınızın qız olmasını istəyirsinizsə, bunları yeyin - İNANILMAZ ÜSUL

23 İyul 2017 14:47

I və IV ixtisas qrupları üzrə qəbul imtahanları suallarının düzgün cavabları açıqlandı

23 İyul 2017 14:44

Rusiyada təyyarə gölə düşdü

23 İyul 2017 14:43

Dünyada yeni avtomobil istehsalçısı peyda oldu - FOTO

23 İyul 2017 14:42

"Qarabağ" futbol klubunun ilk fan-şopu açılıb

23 İyul 2017 14:37

Ukrayna vətəndaşlığı alan azərbaycanlıların sayı açıqlandı

23 İyul 2017 14:33

O, amerikalı Karenindir - FOTO

23 İyul 2017 14:32

Faiq Ağayevdən kinayəli sözlər: "Aş olan yerdə tumun yeri yoxdur"

23 İyul 2017 14:29

"Mançester Siti" Danilonun transfer etdi

23 İyul 2017 14:27

"Fənərbaxça" Eto'Onu transfer etmək istəyir

23 İyul 2017 14:27

Xaçmaz bazarında dükanlar yandı

23 İyul 2017 14:27

Biləsuvarda maşının dəmiri çıxdı, qadını yaraladı

23 İyul 2017 14:27

Pentaqonun S-400 qorxusu: Bu dəfə Türkiyəyə görə narahatdır

23 İyul 2017 14:23

Şou ulduzu çılpaq fotolarını yaydı - FOTO

23 İyul 2017 14:22

I və IV ixtisas qrupları üzrə qəbul imtahanları: cavablar açıqlandı

23 İyul 2017 14:22

Türkiyədə 4 bal gücündə zəlzələ olub

23 İyul 2017 14:14

Çində dəhşət: 7 ölü

23 İyul 2017 14:13

Biləsuvarda bir maşının təkərindən çıxan dəmir digər avtomobilin sərnişininə ağır xəsrət yetirib

23 İyul 2017 14:12

Sirli, müəmmalı meşə - FOTO

23 İyul 2017 14:05

Bakıda evə basqın edib seyfdən külli miqdarda pul apardılar

23 İyul 2017 14:04

İnsanlar məhv olandan sonra dünya bu cür olacaq - ŞOK FOTOLAR

23 İyul 2017 14:03

İşdən çıxan mətbuat katibi Ağ Evdəki soyuducunu oğurladı

23 İyul 2017 13:54

Makronun reytinqi 10% aşağı düşüb - SORĞU

23 İyul 2017 13:48

Ukrayna yığmasının ulduzu "Qarabağ"da?

23 İyul 2017 13:47

Özünə sevgi məktubu yazan eybəcər

23 İyul 2017 13:47

Xaçmaz bazarında yanğın baş verib

23 İyul 2017 13:42

Ən maraqlı pişiklər - FOTO

23 İyul 2017 13:42

Bakıda maşının nömrə yerinə “seks” yazan sürücü yaxalandı -

23 İyul 2017 13:39

İQ səviyyələri ən yüksək olan 20 DAHİ

23 İyul 2017 13:38

Sulavesi adasında 5,5 bal gücündə zəlzələ olub

23 İyul 2017 13:32

Məşhur aktyorun sevgilisi istirahətdə - FOTO

23 İyul 2017 13:32

Xəzərdə batan şəxsin həyatı xilas edildi

23 İyul 2017 13:29

Ərdoğandan çağırış: "Bizi aldatmağa çalışmayın"

23 İyul 2017 13:28

Məşhur Türkiyəli müğənni Şəmkirə toya gəlib - FOTO

23 İyul 2017 13:24

“Qızımın dünyaya gəlməsini istəmirdim” - Flora Kərimova

23 İyul 2017 13:22

Yadplanetlilər haqqında bunları bilirdinizmi?

23 İyul 2017 13:17

Hyundai i30-u fastbəkə çeviriblər - FOTO

23 İyul 2017 13:17

Sabahın hava proqnozu -

23 İyul 2017 13:16

Qadınlara necə kişi lazımdır: intellektual, yoxsa?.. - Bürclər ÜZRƏ SEÇİM

23 İyul 2017 13:12

Sabahın hava proqnozu

23 İyul 2017 13:08

“Qarabağ” - "Şerif" oyununda anşlaq olacaq

23 İyul 2017 13:07

Rusiyanın Birinci kanalının teleaparıcısı dünyasını dəyişib

23 İyul 2017 13:07

Bu məşhurlar öz filmlərinə nifrət edirlər

23 İyul 2017 13:05

Ramil Şeydayev mövsümə məğlubiyyətlə başladı

23 İyul 2017 12:57

Rusiyada avtobus ayağı qapıda qalan uşağı yol ilə sürüyüb

23 İyul 2017 12:52

Terrorçular qadın geyimində qaçmağa çalışdılar - FOTOlar

23 İyul 2017 12:52

Bakıda maşınla 7 yaşlı qızı vurub qaçdılar

23 İyul 2017 12:49

Sumqayıtda 8 mənzildə yanğın olub

23 İyul 2017 12:49

Boksçularımız Dağıstanda 3 medal qazandılar

23 İyul 2017 12:47