Türklərin vurduğu qara qutu Putində (VİDEO, FOTO)

Türklərin vurduğu qara qutu Putində  (VİDEO, FOTO)
00:31 9 Dekabr 2015
55 Digər
Ölkə mətbuatı
A- A+

Hava sərhədini pozduğuna görə Türkiyə tərəfindən vurulmuş “Su-24” Rusiya bombardmançısının “qara qutu”su tapılıb.

ANS PRESS-in məlumatına görə, “Su-24” məxsus əşyanın Suriya xususi təyinantlıları tərəfindən tapıldığı bildirilir.

Rusiya tərəfi “qara qutu”nun şifrəsini açmaqla hərbi təyyarəsinin pozuntuya yol vermədiyini subut etmək fikrindədir. Noyabrın 24-də Türkiyə Hərbi Hava Qüvvələrlərinin vurduğu Rusiya hərbi təyyarəsinin “qara qutu”su Rusiya müdafiə naziri Serqey Şoyqu tərəfindən Vladimir Putinə təqdim edilib.


Tapılan “qara qutu"

Rusiyanın "Su-24" bombardmançısı Türkiyənin F-16 təyyarəsindən atılan “hava-hava” raketi ilə vurulub. Səbəb rus təyyarəsinin Türkiyənin hava məkanını pozması, 10-dan çox xəbərdarlığa məhəl qoymaması olub. Vurulan təyyarə Türkmən dağı yaxınlığında düşüb. Türkiyə tərəfi təyyarənin hava sərhəddini pozduğunu desə də, Rusiya tərəfi bunu təkzib edib. Ölkənin müdafiə naziri Serqey Şoyqu onun Suriya ərazisi ilə uçuş həyata keçirdiyini bildirib. Məhz bu hadisədən sonra ölkələr arasında münasibətlər soyuyub.



Hadisənin baş verməsindən sonra Türkiyə tərəfi hadisənin kordinatlarını göstərən xəritəni NATO-ya üzv olan ölkələrlə və bütün dünya ilə paylaşıb. Rəsmi Moskva “SU-24” təyyarəsinin Suriya ərazisində vurulduğunu idda edərək bu barədə dəlliləri olduğunu desə də bu barədə hələlik konkret heç bir şey göstərə bilməyib.


Təyyarə vurulan ərazi xəritədə



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366798

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR