Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Rusiyadan Türkiyəyə kömək təklifi

Rusiyadan Türkiyəyə kömək təklifi

Date: 9 December 2015 01:39

Federasiya Şurasının spikeri Valentina Matviyenko  Türkiyə-Suriya sərhədinin bağlanılmasının vacib olduğunu bildirərək bu məsələdə Rusiyanın Ankaraya yardım göstərməyə hazır olduğunu qeyd edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu Valentina Matviyenko  “RSN”ə müsahibəsində bildirib.

 

 “Türkiyə-Suriya sərhədinin bağlanılmasına dair təcili tədbirlər görülməlidir, çünki məhz bu istiqamətdə Türkiyədə və bir sıra digər ölkələrdə təlim keçmiş silahlılar Suriyaya keçirlər, müalicə  almaq və ya dincəlmək üçün Türkiyəyə qayıdır, sonradan isə yenə Suriyaya keçirlər”, deyə o bildirib.   

 

Matviyenko qeyd edib ki,  Rusiya bu məsələni təkcə yoluna qoya bilməyəcək, bu səbəbdən də Rusiya ona yardım göstərməyə hazırdır.  

 

Qeyd edək ki, ABŞ dözlət katibi Con Kerri də bundan əvvəl  Türkiyə-Suriya sərhədinin  bağlanılmasının vacib olduğunu vurğulayıb. 


Tags:  Rusiyadan Türkiyəyə kömək təklifi

RƏYLƏR


Top news