ABŞ-ın İstanbuldakı konsulluğu fəaliyyətini dayandırır

ABŞ-ın İstanbuldakı konsulluğu fəaliyyətini dayandırır
03:06 9 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Türkiyənin İstanbul şəhərindəki baş konsulluğu 1 günlüyə öz fəaliyyətini dayandırır. ANS PRESS-in məlumatına görə, konsulluq təhlükəsizlik səbəbindən bu gün məhdud sayda heyətlə xidmət göstərəcək.

Konsulluğun internet saytında, təhdid olunması barədə məlumatlar daxil olduğundan bu gün (09.12.2015) qurumun ictimai xidmətləri, viza görüşləri və vacib olmayan digər görüşləri ləğv etdiyi bildirilib.

Həmçinin konsulluğun növbəti gün öz fəaliyyətini bərpa edəcəyi və işinə davam edəcəyi qeyd edilib.

Elanda, paytaxt Ankaradakı ABŞ səfirliyinin, bu ölkənin Adana və İzmir şəhərlərindəki konsulluqlarının normal qaydada fəaliyyətinə davam edəcəkləri bildirilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366808

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR