"Qalatasaray" "Astana"nı bu dəfə də məğlub edə bilmədi (Video icmal)

Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda "Qalatasaray" "Astana"nı qəbul edib.

İlk hissədə tablodakı rəqəmləri dəyişmək mümkün olmayıb. 62-ci dəqiqədə Tvumasi qonaqları hesabda önə çıxarıb. "Qalatasaray"ın cavabı gecikməyib. Qoldan cəmi iki dəqiqə sonra Səlcuq İnan hesabı bərabərləşdirib. Qalan dəqiqələr ərzində qol olmayıb. "Astana"nı bu dəfə də məğlub edə bilməyən "Qalatasaray" qrupu 3-cü sırada bitirərək UEFA Avropa Liqasına vəsiqə qazanıb.

"Qalatasaray" - "Astana" - 1:1

Qollar: İnan, 64 - Tvumasi, 62

Oyunun video icmalını təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR