Rublun məzənnəsi 1 ABŞ dolları üçün 70-75 rubladək düşə bilər

Rublun məzənnəsi 1 ABŞ dolları üçün 70-75 rubladək düşə bilər
03:23 9 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+


Moskva, 9 dekabr, AZƏRTAC
Rusiya rublunun məzənnəsi yenidən dəyişib və aşağı düşməkdə davam edə bilər. Yerli eksperlərin fikrincə, rublun məzənnəsinin 1 ABŞ dolları üçün 70-75 rubl səviyyəsinədək enə biləcəyi gözlənilir.
Rublun məzənəsinin aşağı düşməsi neftin ucuzlaşması ilə əlaqələndirilir. Mütəxəssislər hesab edirlər ki, neftin qiyməti OPEK-in dekabrın 4-də keçirilmiş iclasında kvota ilə bağlı konkret qərar qəbul edə bilməməsi və bu təşkilatın bazarda öz payını saxlayacağı barədə bəyanatları ilə əlaqədardır. Kvota ilə bağlı qəraraın qəbul edilməməsi kartelə daxil olmayan ölkələrin mövqeyi ilə izah olunur.
Hazırda OPEK-in üzvü olan ölkələrin gündəlik neft hasilatının həcmi 31-32 milyon barrelə çatır.
İraqin neft naziri Adel Abdel Mahdinin sözlərinə görə, neftin qiymətinin sabitləşdirilməsi üçün bütün dövlətlər hasilata məhdudiyyət qoymalıdırlar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rublun_mezennesi_1_ABS_dollari_uchun_70_75_rubladek_duse_biler-909513

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR