Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Çempionlar Liqası: "MY" və "Qalatasaray" növbəti mərhələyə çıxa bilməyib

​Çempionlar Liqası: "MY" və "Qalatasaray" növbəti mərhələyə çıxa bilməyib

Date: 9 December 2015 04:27

Bakı. 09 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında 4 qrup üzrə son turun oyunları keçirilib.
"Report" xəbər verir ki, İngiltərənin "Mançester Yunayted", Türkiyənin "Qalatasaray", Ukraynanın "Şaxtyor" və İspaniyanın "Sevilya" klubları növbəti mərhələyə çıxa bilməyib və mübarizəni Avropa Liqasında davam etdirəcək.
"Malmö" (İsveç), MOİK (Rusiya), "Astana" (Qazaxıstan) və "Borussiya M" (Almaniya) klubları isə Avrokuboklarda çıxışını dayandırıb. Qruplarda ilk 1 və 2-ci yerlərin sahibləri "play-off" mərhələsinə adlayıblar.
Çempionlar Liqası. Qrup mərhələsi. 6-cı tur
"A" qrupu
"Real" (Madrid, İspaniya) – "Malmö" (İsveç) - 8:0
Qollar: 1:0 – 12 Benzema, 2:0 – 24 Benzema, 3:0 – 39 Ronaldo, 4:0 – 47 Ronaldo, 5:0 – 50 Ronaldo, 6:0 – 58 Ronaldo, 7:0 – 70 Kovaçiç, 8:0 – 74 Benzema.
PSJ (Fransa) – "Şaxtyor" (Ukrayna) - 2:0
Qollar: 1:0 – 57 Lukas, 2:0 – 86 İbrahimoviç.
"B" qrupu
PSV (Hollandiya) – MOİK (Rusiya) - 2:1
Qollar: 0:1 – 76, penal İqnaşeviç, 1:1 – 78 De Yonq, 2:1 – 85 Propper.
"Volfsburq" (Almaniya) – "Mançester Yunayted" (İngiltərə) - 3:2
Qollar: 0:1 – 10 Marsyal, 1:1 – 13 Naldo, 2:1 – 29 Vieyrinya, 2:2 – 82, avtoqol Gilavogi, 3:2 – 84 Naldo.
"C" qrupu
"Benfika" (Portuqaliya) – "Atletiko" (İspaniya) - 1:2
Qollar: 0:1 – 33 Saul, 0:2 – 55 Vyetto, 1:2 – 75 Mitroğlu.
"Qalatasaray" (Türkiyə) – "Astana" (Qazaxıstan) - 1:1
Qollar: 0:1 – 62 Tvumasi, 1:1 – 64 İnan.
"D" qrupu
"Sevilya" (İspaniya) – "Yuventus" (İtaliya) - 1:0
Qol: 1:0 – 65 Lyorente.
"Mançester Siti" (İngiltərə) – "Borussiya M" (Almaniya) - 4:2
Qollar: 1:0 – 16 Silva, 1:1 – 19 Korb, 1:2 – 42 Raffael, 2:2 – 79 Sterlinq, 3:2 – 81 Sterlinq, 4:2 – 85 Boni.


Tags:  Çempionlar Liqası MY Qalatasaray növbəti mərhələyə çıxa bilməyib

RƏYLƏR


Top news