Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, dekabrın 9-u gecə saat 3 radələrində Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına 2 nəfər şəhər sakini 21 yaşlı Faiq Sadıqov və 19 yaşlı Hüseyn Mayılov bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yarası ilə gətiriliblər. Dərhal əməliyyat olunan yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.
Milli.Az