Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiya və İran Ermənistana qaz tədarükünü müzakirə edirlər

Rusiya və İran Ermənistana qaz tədarükünü müzakirə edirlər

Date: 9 December 2015 07:29

“Qazprom” və İran Ermənistana qaz tədarükünə dair mübadilə əməliyyatları ilə bağlı məsələləri müzakirə edirlər. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Qazprom”un rəhbəri Aleksey Miller Lüksemburqda Gürcüstanın energetika naziri Kaxaber Kaladze ilə keçirdiyi görüşün nəticələrini şərh edərkən bildirib.   

 

“Bəli, bu mövzuya toxunulub, hazırda biz iranlı həmkarlarımızla  Ermənistana qaz tədarükünə dair mübadilə əməliyyatlarını müzakirə edirik”, deyə Miller Gürcüstan ərazisindən qazın tranzitinə dair danışıqlar zamanı İrandan Ermənistana qaz tədarükü mövzusunun müzakirə olunub-olunmadığına dair suala cavabında bildirib.  

 

Qeyd edək ki, “Qazprom” və Gürcüstan ötən gün Rusiya qazının Gürcüstan ərazisindən tranziti və qazın respublikaya kommersiya tədarükü ilə bağlı məsələlərin müzakirəsi davam etdirilib.  “Qazprom”  2014-cü ildə  Gürcüstana 0,3 mlrd kubmetr qaz tədarük edib.  


Tags:  Rusiya İran Ermənistana qaz tədarükünü müzakirə edirlər


RƏYLƏR


Top news