Ərdoğan: "Suriyanın şimalında təhlükəsizlik zonası yaradılmalıdır"

Ərdoğan: "Suriyanın şimalında təhlükəsizlik zonası yaradılmalıdır"
07:37 9 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılmasının vacibliyindən danışıb.  

Milli.Az "Report"a istinadən bildirir ki, dekabrın 8-də Ankarada kənd administrasiyaları rəhbərləri qarşısında çıxış edən Ərdoğan deyib: "Biz Suriyanın şimalında terrorçulardan azad təhlükəsizlik zonasının yaradılması istəyimizdən dönməyəcəyik və Suriya müxalifətinin təlim və təchizat proqramını davam etdirməkdə israrlıyıq". 
Türkiyə Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılması təklifi ilə bundan öncə də çıxış etmişdi. Lakin ABŞ və NATO bu təşəbbüsü dəstəkləmədilər.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388781.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR