Neftçiləri xilas edən xilasedici dəfn olundu - VİDEO

Neftçiləri xilas edən xilasedici dəfn olundu - VİDEO
07:37 9 Dekabr 2015
173 Digər
Ölkə mətbuatı
A- A+

"Günəşli" yatağında baş vermiş yanğında vəzifə borcunu yerinə yetirərkən bir xilasedici də vəfat edib. O, bu gün torpağa tapşırılıb. 10 ilə yaxın xilasedici kimi fəaliyyət göstərən Fuad son sözlərini sosial şəbəkədə paylaşıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, "Günəşli" platformasında neftçiləri xilas edərkən özü həlak olan 34 yaşlı Fuad Tağıyev son mənzilə yola salındı. O, Dövlət Neft Şirkətinin xilasedicisi kimi 10 ilə yaxındır dənizdə işləyirmiş.

Qohumları deyir ki, axırıncı dəfə işə gedəndə "mən bilə-bilə ölümə gedirəm" deyib ailəsilə vidalaşıb. 

Bir il öncə anasını itirən Fuad "anam üçün çox darıxıram" deyib sosial şəbəkədəki profilində də "külək apar məni, sahilə yox uzaqlara apar" sözlərini paylaşıb. 

Atası Tahir Tağıyev qəhərdən danışmaqda çətinlik çəkir. Deyir sağ qalan neftçilər Fuadın ailəsilə əlaqə saxlayıb, minnətdarlıq edirlər:

"Bu yaxınlarda mən dedi ki, uşağı məktəbə aparı-gətirmək üçün ucuzvari bir maşın almaq istəyirəm. Bundan başqa, ev tikirdi, ev də yarımçıq qaldı".

"Günəşli" yatağında baş verən faciə bu ocaqda üç körpəni atasız qoydu. Fuadın son beşiyi Selin cəmi iki aylıqdır. İndi o, heç nədən xəbərsiz yan otaqda atasının cansız bədəninə oxşamalar deyən anasının səsilə yuxuya gedib.

Mərasimdə Fuad Tağıyev haqda ancaq xoş sözlər, müsbət fikirlər söylənildi. Qəhrəman xilasedici Bülbülədə ailə qəbirstanlığında dəfn olundu.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388780.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR