Bazarlarda qiymətlər "od tutub yanır"

Bazarlarda qiymətlər "od tutub yanır"
08:03 9 Dekabr 2015
67 Sosial
Ölkə mətbuatı
A- A+

Təzə kartof satışa çıxdı - Qiymətlər (30 Mart 2017 21:17)
Şabranda ev yanır (28 Mart 2017 19:29)

Bakı. Elmir Murad - Trend:

Bakıda bazarlarda meyvə və tərəvəzlərin qiymətlərində artım müşahidə olunur.

Trend-in məlumatına görə, “Yaşıl bazar” və Keşlə bazarında aparılan müşahidələr bunu deməyə əsas verir. Qiymətlərin artımını satıcılar da təsdiqləyirlər. Satıcılar bildiriblər ki, qiymət artımı dekabrın əvvəlindən başlayıb. Belə ki, əvvəllər kq-ı 60 qəpiyə satılan kartof hazırda alıcılara 70 və 80 qəpiyə təklif edilir. Soğanın da qiymətində artım var. Bu ayın əvvəlinə kimi kq-ı 50 qəpik olan soğan indi 10 qəpik baha satılır. Tərəvəzlə yanaşı, meyvələrin qiymətində də artım müşahidə olunur. Məsələn, narın kq-ı ötən ay 1 manat 20 qəpiyə təklif olunurdusa, hazırda 1 manat 50 qəpiyə satılır. Analoji vəziyyət naringi, üzüm və almanın qiymətlərinə dı aiddir.

Alıcılar isə deyirlər ki, qiymətlər süni şəkildə artırılır: “Hər il bayram ərəfəsində belə hallarla üzləşirik. Süni olaraq qiymətləri artırırlar. Kartofun vedrəsini rayonlarda 50 qəpiyə verirlər, Bakıda isə 3 ədəd kartofu 70 qəpiyə satırlar. Bilirlər ki, insanların tələbatı var, bayramda insanlar gəlib alış-veriş edəcəklər, ona görə də qəsdən qiymətləri artırırlar”.

Başqa bir alıcı isə aidiyyəti qurumların qiymət artımına nəzarət etməməsindən narazıdır: “Niyə məsələ ilə maraqlanan yoxdur? Keçirdikləri satış yarmarkalarına gedirsən, elə orada da eyni vəziyyətdir. Buradakı qiymətlərdən heç bir fərqi yoxdur. Qarşıdan Yeni il gəlir. Hələ indidən meyvələrin qiymətini 10, bəzilərinin isə hətta 20 qəpik artırıblar. Görün, bayram günü qiymətlər hansı səviyyədə olacaq?! İndidən bunun qarşısını almalıdırlar”.

Vəziyyət alıcılarla yanaşı, satıcıları da narahat edir. Onları narahat edən isə alverin olmamasıdır: “Qiymət artımını danmırıq. Amma inanın ki, bunu biz etmirik. Çünki məhsulların qiymətlərinin artırılması bizə də sərf etmir. 10 qəpiklik bahalaşma olan kimi alıcı da olmur. Biz əksinə, çalışırıq ki, məhsullarımızı ucuz sataq. Ucuz satanda da alıcımız çox olur”.

Digər satıcı isə satdıqları məhsulu birinci əldən baha aldıqlarını deyir. Bu səbəbdən də qiymətlərdə artım olur: “Biz məhsulları müxtəlif rayonlardan alıb gətiririk. Yəni satdıqlarımız öz becərdiyimiz məhsul deyil. Öz becərdiyimiz məhsullar olsaydı, təbii ki, daha ucuz qiymətlə satardıq”.

Bazarlarda alıcı fəallığının azalması bəzi piştaxtaların da boşalmasına gətirib çıxarıb. Dekabrın əvvəlindən təkcə Keşlə bazarında 8-ə yaxın satıcı bazarı tərk edərək işini dayandırıb.

Bazarlarda süni qiymət artımı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə Trend-ə açıqlamasında bildirib ki, bu, mövsümi xarakter daşıyır: “Mövsümün elə vaxtıdır ki, qiymət artımı təbii və normal haldır. Biz hər həftə monitorinqlər aparırıq. Monitorinqlər əsasında deyə bilərəm ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə çox ciddi qiymət artımı müşahidə olunmur. Bəzi məhsulların qiymətində artım varsa da, bu, mövsümlə bağlıdır”.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Turp suyunun faydaları

23 May 2017 21:47

Yasa gedənlər xəstəxanalıq oldu

23 May 2017 21:44

Susmaq, ya danışmaq? Yemək, ya ac qalmaq?

23 May 2017 21:42

Qeyri-adi seksual fantaziyalar: bu, manyaklıqdır?

23 May 2017 21:37

"Real" braziliyalı vunderkindlə razılaşdı - RƏSMİ

23 May 2017 21:37

Antistress "oyuncaq”lar stressi götürür, yoxsa əlavə problemlər yaradır?

23 May 2017 21:36

Xalq artisti Aygün Bayramovanın toyundan FOTOLENT

23 May 2017 21:34

Rianna yeni şou təşkil etdi - FOTO

23 May 2017 21:32

Facebookda sevgili tapmağın 10 QAYDASI

23 May 2017 21:27

Qvardiola və ailəsi partlayış zamanı "Mançester Arena"da olub

23 May 2017 21:26

49 yaşlı xalq artistinin toyundan İLK FOTO

23 May 2017 21:23

Dövlət universitetlərində təhsil haqları endiriləcəkmi? - VİDEO

23 May 2017 21:22

Bakıda sərnişin DAVA SALDI: " Ə, işinlə məşğul ol" - VİDEO

23 May 2017 21:22

Müsəlman yoxsulluqla barışmamalıdır

23 May 2017 21:22

Tanınmış aktrisa kövrəldi: "Onun faciəsi məni pərişan etdi" - FOTO

23 May 2017 21:17

Meyvə-tərəvəz qıtlığı gözlənilir? - Dolunun FƏSADLARI - VİDEO

23 May 2017 21:17

Məst nədir?

23 May 2017 21:17

Evdəki əşyaların yanmağına səbəb nədir? - ŞOK İDDİA - VİDEO

23 May 2017 21:17

Stress çarxı doğrudanmı stressi azaldır? - VİDEO

23 May 2017 21:17

Narkotik daşıyan göyərçin ələ keçdi (FOTO)

23 May 2017 21:15

Azərbaycanda iqlimin istiləşməsi prosesi müşahidə olunur

23 May 2017 21:13

Dönərçini elektrik cərəyanı vurdu - MİNGƏÇEVİRDƏ FACİƏVİ ÖLÜM - VİDEO

23 May 2017 21:12

Zolağın çəkilişində səhvə yol verilib: Piyadalar əziyyət çəkir - VİDEO

23 May 2017 21:12

Xəstə və ölü at əti satanlar yaxalandı - VİDEO

23 May 2017 21:12

Noxud suyunun faydaları

23 May 2017 21:12

Azərbaycanla oynamayacaq, öz toyunda oynayacaq

23 May 2017 21:05

Aktrisa Xuraman şadyanalıq edəcək: "Sənət yoldaşlarımı dəvət etməyəcəyəm" - FOTO

23 May 2017 21:05

Bərdədə avtomobil evakuatordan aşıb - VİDEO

23 May 2017 21:05

Deputat oğlunun işini araşdıran müstəntiq cəzalandırıldı - ƏMR

23 May 2017 21:04

Fikrət Əmirovun 95 illik yubileyi münasibətilə konsert keçirilib

23 May 2017 21:01

Empatiya ürək-damar xəstəlikləri yaradır - TƏHLÜKƏ

23 May 2017 20:57

Xalq artistinin toyu baş tutdu - FOTO

23 May 2017 20:57

Vergi orqanlarına işə qəbul olunmuş kadrlarla görüş keçirilib

23 May 2017 20:57

Tanınmış avtoritet Lökbatanda öldürüldü

23 May 2017 20:55

Ramil Usubov rəisi və 3 müstəntiqi işdən qovdu - Deputatın oğluna görə

23 May 2017 20:52

Pınar Altuğ qayıdır - Bu dəfə aktrisa kimi yox

23 May 2017 20:52

Partlayış zamanı Qvardiolanın ailə üzvləri də “Mançester Arena”da idi

23 May 2017 20:48

Əcnəbilər üçün soyunan İRANLI QIZLAR - Heç yerdə görmədiyiniz FOTOlar

23 May 2017 20:47

Gürcüstan parlamentinin deputatına BƏƏ-də 15 illik həbs verildi

23 May 2017 20:43

9 minə yaxın “Jeep” geri çağırılıb - SƏBƏB?

23 May 2017 20:43

Prezident İlham Əliyevin ünvanına növbəti təbrik Səudiyyə Ərəbistanından gəldi -

23 May 2017 20:43

Gənc Tamaşaçılar Teatrında bu həftə 8 tamaşa göstəriləcək

23 May 2017 20:42

“Toyota Corolla” dünyada ən populyar avtomobildir

23 May 2017 20:37

Qriqorçuk braziliyalıdan da imtina etdi - SON ANDA

23 May 2017 20:37

"Ərim evdə yoxdur, gəl" - Ölümə aparan mesaj - FOTO

23 May 2017 20:37

Tanınmış aktyor nəvəsini evləndirdi - FOTO

23 May 2017 20:32

Almaniyada Biznesin İnam İndeksi 28 illik maksimuma çatıb

23 May 2017 20:32

Qvardiolanın yaxınları partlayış vaxtı stadionda olublar

23 May 2017 20:29

İlanların qovaladığı iquananın videosu mükafata layiq görüldü - VİDEO

23 May 2017 20:27

Daha bir ölkədə İŞİD bayrağı qaldırıldı - ŞİDDƏTLİ DÖYÜŞLƏR GEDİR - FOTOLAR

23 May 2017 20:23