Netanyahu Türkiyəyə qaz ixrac etmək istəyir

Netanyahu Türkiyəyə qaz ixrac etmək istəyir
08:09 9 Dekabr 2015
34 Dünya
Ölkə mətbuatı
A- A+

İsrail Türkiyə ilə siyasi fikir ayrılığının olmasına baxmayaraq bu ölkəyə qaz ixrac etmək imkanını nəzərdən keçirir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu bildirib.

 

“Hazırda qazın Türkiyəyə ixracı və Türkiyə ərazisindən tranziti məsələlərinə dair məsləhətləşmələr aparılır. Bu sahədə əməkdaşlıq ölkələrimiz arasında münasibətləri dəyişə bilər” deyə Binyamin Netanyahu parlamentin iqtisadi komissiyasının iclasında çıxışı zamanı bildirib.

 

Netanyahu həmçinin ölkəsinin İordaniya, Yunanıstan, Misir və Kiprə qazın ixrac  edilməsində maraqlı olduğunu qeyd edib.  

 

İsrailin energetika naziri Yuval Ştaynits bundan əvvəl Qərbi Avropa ölkələrinə qaz tədarük etmək imkanının olduğunu bildirib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224481

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR