MTN-də ifşa olunan dəstə haqda yeni MƏLUMATLAR

MTN-də ifşa olunan dəstə haqda yeni MƏLUMATLAR
08:12 9 Dekabr 2015
112 Digər
Ölkə mətbuatı
A- A+

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun tutduğu postdan qovulması illərlə gizlin qalan əməllərin üzərinə işiq salınıb. Hər ötən gün elə məlumatlar ortaya çıxır ki, bunlardan sabiq nazirin xəbərsiz olduğunu söyləmək çox çətindir. 

Bu ilin iyul ayında DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməliyyatı nəticəsində MTN-in adından dələduzluq edən dəstənin yaxalanması barədə məlumat yayılıb. Həmin məlumatda deyilirdi ki, Bakı sakini olan vətəndaş DİN-ə müraciət edərək bildirib ki, özlərini MTN-in əməkdaşları kimi təqdim edən şəxslər onun 3 milyon 400 min ABŞ dolları məbləğində pulunu ələ keçirib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində dəstənin üzvləri Loğman Abdullayev, Elnur Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev və  Fərhad Tağıyev həbs edilib. İstiqlal.az-a bu məsələ ilə bağlı ilginc məlumat daxil olub. Məlumatda deyilir ki, dəstənin üzvü Loğman Abdullayev həqiqətən də MTN əməkdaşı olub və bu dəstə adıçəkilən nazirliyin nəzarəti altında fəaliyyət göstərib. İddialara görə, Loğman Abdullayev həbs edilən MTN generalı Akif Çovdarovun tabeliyində olan şəxs olub. Dəstənin hədəfinə gələn şəxs pulu alınandan sonra Rusiyaya gedib. Bu ölkənin siyasi dairələrindəki tanışları vasitəsilə məsələni Vladimir Putinə çatdırıb. Məhz bundan sonra DİN-ə dəstəni zərərsizləşdirmək barədə göstəriş verilib. Polisin peşəkarlığı nəticəsində dəstə dərhal zərərsizləşdirilib. Eyni zamanda, məsələ bütün çılpaqlığı ilə "yuxarılar"a məruzə edilib. Həmin vaxt Akif Çovdarov Loğman Abdullayevin həbsinə mane olmağa çalışsa da, bu mümkün olmayıb.

Bu arada MTN Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin (TİCQMBİ) sabiq rəisi, general-mayor Sübahir Qurbanova qarşı irəli sürülən ittihamlar məlum olub. "Report"un əldə etdiyi məlumatına görə, rəsmi ittihama əsasən, S.Qurbanov MTN-in TİCQMBİ-nə rəis təyin edildikdən sonra cinayətkar dəstə yaradıb. Onun rəhbərlik etdiyi dəstə vəzifəli şəxsləri, iş adamlarını, müxtəlif peşə sahiblərini adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə ilə hədələyib, onlara qarşı zor tətbiq edib. 

İttihama əsasən, S.Qurbanovun rəhbərlik etdiyi dəstənin əsas fəaliyyət istiqaməti bundan ibarət olub. Bütün bunlara görə, barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilən general-mayor S.Qurbanova qarşı Cinayət Məcəlləsinin 9 maddəsi ilə cinayət işi açılıb. 

O, Cinayət Məcəlləsinin 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 182.3.1-ci (Hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 182.3.2-ci (Hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 302.2-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma, bu Məcəllənin 309.1-ci (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), maddələri ilə ittiham olunur.

Qeyd edək ki, noyabrın 25-də Baş Prokurorluğun yaydığı məlumatda MTN-in 21 sabiq əməkdaşının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyi bildirilib. 19 şəxs barəsində həbs qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs-qətimkan tədbiri seçilməklə axtarış elan edilib. MTN əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərər çəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Liverpul" 42 milyon avroya Məhəmməd Salahı alıb

23 İyun 2017 06:15

​Qum necə yaranır?

23 İyun 2017 06:10

Telefonlar sidiklə enerji yığacaq - ŞOK KƏŞF - FOTO

23 İyun 2017 06:08

Ərəb ölkələrinin tələbi Qətərə təqdim olunub

23 İyun 2017 05:57

Ronaldu 14,7 mln. avro vergi ödəmək istəmir

23 İyun 2017 05:49

Bakıda qadın küçədə naməlum şəxslər tərəfindən döyüldü

23 İyun 2017 05:33

Ön planda qadın dodaqlarıdır - FOTO

23 İyun 2017 05:32

Ulduz futbolçuya 8 oyunluq cəza

23 İyun 2017 05:24

İspaniya sahillərində sutka ərzində 400-dən artıq miqrant xilas edilib

23 İyun 2017 05:22

Qaraçuxurda gənc qız bıçaqlandı

23 İyun 2017 05:08

​Tülkülər barəsində bildiklərimiz və bilmədiklərimiz

23 İyun 2017 05:05

Rusiya və Türkiyə hərbçiləri İdlibə nəzarət edəcək

23 İyun 2017 05:04

Bakıda intihara cəhd hadisəsi baş verib

23 İyun 2017 05:02

Pirallahıda yük maşını yaşlı qadını vurdu

23 İyun 2017 04:43

Məşhur brendlərin fərqli görüntüləri - FOTO

23 İyun 2017 04:32

Şimali Koreya yenə raket buraxdı

23 İyun 2017 04:23

Əri tərəfindən döyülən qadın kəllə-beyin travması alıb -

23 İyun 2017 04:15

Moskva və Vaşinqton yeni sanksiyaları müzakirə etdi

23 İyun 2017 04:14

Benzinin əvəzləyicisi tapıldı

23 İyun 2017 04:09

Polşaya məxsus hərbi vertolyot İtaliyada qəzaya uğrayıb

23 İyun 2017 04:07

BMT-dən qeyri-adi hesabat:

23 İyun 2017 03:53

QHT-lərə Dövlət Dəstəyi Şurası Balakən və Zaqatalada seminar keçirib (FOTO)

23 İyun 2017 03:50

Xaçmaz sakinlərinin su problemi - Heyvanlarla insanlar eyni yerdən su içir - FOTO/VİDEO

23 İyun 2017 03:48

Rəssam yumurtlayan toyuq oldu - FOTO

23 İyun 2017 03:32

Mayk Pens: Şimali Koreyaya qarşı "strateji səbr erası" başa çatıb

23 İyun 2017 03:29

Bakıda mənzilə basqın: 1 nəfər öldürülüb, 2 nəfər yaralanıb

23 İyun 2017 03:14

Qadını TIR vurdu

23 İyun 2017 02:39

Astroloji proqnoz -

23 İyun 2017 02:33

Gecənin kulrnar vəhşəti - FOTO

23 İyun 2017 02:32

Bakıda işdən evə qayıdan qadın küçədə naməlum şəxslər tərəfindən döyülüb

23 İyun 2017 02:22

ABŞ HHQ Yəməndə 3 "Əl-Qaidə" terrorçusunu məhv ediblər

23 İyun 2017 02:22

Pirallahıda yük maşını yaşlı qadını vurub

23 İyun 2017 02:12

Rusiyaya tərəvəz daşıyan yük maşını qəza törətdi - FOTO/VİDEO

23 İyun 2017 02:08

Bakının məşhur restoranında bıçaqlanma hadisəsi baş verib

23 İyun 2017 02:02

Bakıda ər arvadını xəstəxanalıq etdi

23 İyun 2017 01:59

Dərman alarkən diqqətli olun!

23 İyun 2017 01:57

Bakıda DƏHŞƏTLİ QƏTL: Məşuqəsini ürəyindən vurdu, ana və oğulu da bıçaqladı

23 İyun 2017 01:38

Şimali Koreya ballistik raket üçün yeni mühərriki test edib

23 İyun 2017 01:38

Daşkəsəndə marixuana satmaq istəyən müəllim saxlanıldı

23 İyun 2017 01:34

Qaraçuxurda gənc qız bıçaqlanıb

23 İyun 2017 01:32

Sidney çimərliyində ev - FOTO

23 İyun 2017 01:32

Azərbaycanın Çexiyadakı Səfirliyində İslam Əməkdaşlıq Təşkilatının Praqa Qrupunun toplantısı və iftar yeməyi təşkil edilib (FOTO)

23 İyun 2017 01:29

Yük maşını avtobusa çırpıldı: 21 ölü, 22 yaralı

23 İyun 2017 01:24

Bakıda məşuqəsini qətlə yetirən şəxs daha iki nəfəri ağır yaralayıb

23 İyun 2017 01:22

BMT Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulmasından narahatdır

23 İyun 2017 01:08

"İqtisadiyyatda kasıb insanları görmək istəmirəm" -

23 İyun 2017 01:07

KXDR qitələrarası raket mühərrikini sınaqdan keçirdi

23 İyun 2017 00:59

Azərbaycanda İLK DƏFƏ: Görmə əngəlli insanlarla gözlərini paylaşırlar

23 İyun 2017 00:53

Bakıda 4 otaqlı evdə yanğın olub

23 İyun 2017 00:50

Daşkəsəndə qarmon müəllimi marixuana satarkən saxlanılıb

23 İyun 2017 00:47