Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

İraq Türkiyəni "cəzalandıracaq"

İraq Türkiyəni "cəzalandıracaq"

Date: 9 December 2015 08:17

Rəsmi Bağdad Ankara qoşunlarını İraq ərazisindən çıxarmayacağı təqdirdə Türkiyə hökumətini iqtisadi sanksiyalar və BMT Təhlükəsizlik Şurasına müracit edəcəyi ilə hədələyib.
Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə İraq hökumətindəki mənbəyə istinadən "Sputnik" yazır.
"Ölkə hökuməti Türkiyənin bizim mehriban qonşuluq münasibətlərimizə hörmətsizlik edəcəyi və qoşunlarını İraq ərazisindən çıxarmaqdan imtina edəcəyi təqdirdə BMT Təhlükəsizlik Şurası, Ərəb Dövlətləri Liqasına müraciət edəcək, həmçinin iqtisadi məhdudiyyətlərə əl atacaq", - deyə mənbə bildirib.
Bundan əvvəl KİV 130 türk əsgərinin İraq kürdlərinə təlim keçmək üçün ölkənin şimalında yerləşən Mosul şəhəri ətrafına yollandığını yazıb. "Reuters" Türkiyənin təhlükəsizlik xidmətindəki mənbəsinə istinadən Ankaranın beynəlxalq anti-terror koalisiyasını bu barədə xəbərdar etdiyini xəbər verib.
İraq rəsmiləri Türkiyə batalyonunun ölkə ərazisində peyda olmasını müdaxilə adlandırıblar və heç bir hərbi əməliyyatların Bağdad ilə razılaşdırılmadığını qeyd ediblər.
Milli.Az


Tags:  İraq Türkiyəni cəzalandıracaq


RƏYLƏR


Top news