Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yaponiyanın ictimai-iaşə şəbəkəsi bir milyon dollar cərimə ödəyəcək

Yaponiyanın ictimai-iaşə şəbəkəsi bir milyon dollar cərimə ödəyəcək

Date: 9 December 2015 08:33


Tokio, 9 dekabr, AZƏRTAC
Yaponiyanın “Vatami” ictimai-iaşə şəbəkəsi həddindən artıq ağır iş rejiminə görə özünü öldürmüş əməkdaşın valideynlərinə 134 milyon yen (təqribən 1,1 milyon dollar) cərimə ödəyəcək.
Özünə qəsd etmiş Mina Morinin valideynləri məhkəməyə müraciət edərək, qızlarının ölümünə görə kompensasiya olaraq restoranlar şəbəkəsindən 153 milyon yen ödəməyi tələb ediblər.
“Yomiuri şimbun” qəzetinin yazdığına görə, bazar günləri də davam edən ağır iş rejimi məhz qızın özünü öldürməsinə səbəb olub. 2008-ci ilin aprelində “Vatami” restoranlar şəbəkəsində əmək fəaliyyətinə başlayan M.Mori hər gün 10 saatlıq gecə növbəsində çalışıb və cədvələ görə ertəsi gün sübhdən yenidən işə çıxmağa məcbur olub. İstirahət günlərində isə qız şirkət rəhbərliyinin hazırladığı mətnləri əzbərləyib və hesabatları tərtib edib. Ölümündən bir ay əvvəl M.Mori gündəliyində yazıb: “Hər yerim ağrıyır. Mənə həddindən artıq çətindir. Əhvalım çox aşağıdır. Cəldliyimi itirmişəm. Kömək edin, xahiş edirəm, mənə kömək edin”. Bir aydan sonra o, özünə qəsd edib.
Qızın ölümünə iş rejiminin səbəb olduğunu qəbul etməyən şirkət əvvəlcə kompensasiya ödəməkdən imtina edib. Lakin hazırda hakim partiyadan parlamentin üzvü seçilən restoranlar şəbəkəsinin sahibi Miki Vatanabe sonradan məhkəmənin qərarını icra etməyə razılıq verib.
Razılığa əsasən, “Vatami” şirkəti qızın valideynlərinə bir milyon dollardan çox kompensasiya ödəməklə yanaşı, əməkdaşların iş şəraitinin yaxşılaşdırılması barədə üzərinə öhdəlik də götürüb.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Tags:  Yaponiyanın ictimai-iaşə şəbəkəsi milyon dollar cərimə ödəyəcək


RƏYLƏR


Top news