Rusiyadan Türkiyəyə hiyləgər təklif

Rusiyadan Türkiyəyə hiyləgər təklif
08:57 9 Dekabr 2015
71 Digər
Ölkə mətbuatı
A- A+

Federasiya Şurasının spikeri Valentina Matviyenko  Türkiyə-Suriya sərhədinin bağlanılmasının vacib olduğunu bildirərək bu məsələdə Rusiyanın Ankaraya yardım göstərməyə hazır olduğunu qeyd edib. 
Milli.Az APA-ya istinadən bildirir ki, bunu Valentina Matviyenko  "RSN"ə müsahibəsində bildirib. 
 
"Türkiyə-Suriya sərhədinin bağlanılmasına dair təcili tədbirlər görülməlidir, çünki məhz bu istiqamətdə Türkiyədə və bir sıra digər ölkələrdə təlim keçmiş silahlılar Suriyaya keçirlər, müalicə  almaq və ya dincəlmək üçün Türkiyəyə qayıdır, sonradan isə yenə Suriyaya keçirlər", deyə o bildirib.   
 
Matviyenko qeyd edib ki, Türkiyə bu məsələni təkcə yoluna qoya bilməyəcək, bu səbəbdən də Rusiya ona yardım göstərməyə hazırdır.  
 
Qeyd edək ki, ABŞ dövlət katibi Con Kerri də bundan əvvəl  Türkiyə-Suriya sərhədinin  bağlanılmasının vacib olduğunu vurğulayıb.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388771.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR