Yasukuni məbədində törədilmiş partlayışda şübhəli bilinən şəxs həbs olunub

Yasukuni məbədində törədilmiş partlayışda şübhəli bilinən şəxs həbs olunub
08:58 9 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 9 dekabr, AZƏRTAC
Tokionun Yasukuni məbədində noyabrın sonlarında törədilən partlayışda şübhəli bilinən Koreya Respublikasının vətəndaşı həbs olunub.
Kyodo agentliyinin verdiyi məlumata əsasən, partlayışın təşkilində şübhəli bilinən 27 yaşlı Koreya vətəndaşı Yaponiyaya qayıdarkən həbs edilib.
Xəbər verdiyimiz kimi, noyabrın 23-də ətraf ölklərdə Yaponiya militarizminin rəmzi hesab olunan Yasukuni məbədinin ictimai tualetində partlayış törədilib. Hadisə nəticəsində zərər çəkən olmasa da, tualetin divarları və tavanı ciddi şəkildə yanıb. Polis hadisə yerində batareyaların qalıqlarını, onlar üçün qutunu və üzərində koreya dilində yazılar olan taymer tapıb.
İstintaq zamanı məlum olub ki, şübhəli bilinən şəxs partlayışdan iki gün əvvəl Tokioya gəlib və partlayışdan dərhal sonra Yaponiyanı tərk edib. Hazırda istintaq davam edir.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yasukuni_mebedinde_toredilmis_partlayisda_subheli_bilinen_sexs_hebs_olunub-909519

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR