Bazarlarda qiymətlər əl yandırır

Bazarlarda qiymətlər əl yandırır
09:12 9 Dekabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+

Təzə kartof satışa çıxdı - Qiymətlər (30 Mart 2017 21:17)

Bakıda bazarlarda meyvə və tərəvəzlərin qiymətlərində artım müşahidə olunur.

Trend-in məlumatına görə, "Yaşıl bazar" və Keşlə bazarında aparılan müşahidələr bunu deməyə əsas verir. Qiymətlərin artımını satıcılar da təsdiqləyirlər. Satıcılar bildiriblər ki, qiymət artımı dekabrın əvvəlindən başlayıb. Belə ki, əvvəllər kq-ı 60 qəpiyə satılan kartof hazırda alıcılara 70 və 80 qəpiyə təklif edilir. Soğanın da qiymətində artım var. Bu ayın əvvəlinə kimi kq-ı 50 qəpik olan soğan indi 10 qəpik baha satılır. Tərəvəzlə yanaşı, meyvələrin qiymətində də artım müşahidə olunur. Məsələn, narın kq-ı ötən ay 1 manat 20 qəpiyə təklif olunurdusa, hazırda 1 manat 50 qəpiyə satılır. Analoji vəziyyət naringi, üzüm və almanın qiymətlərinə də aiddir.

Alıcılar isə deyirlər ki, qiymətlər süni şəkildə artırılır: "Hər il bayram ərəfəsində belə hallarla üzləşirik. Süni olaraq qiymətləri artırırlar. Kartofun vedrəsini rayonlarda 50 qəpiyə verirlər, Bakıda isə 3 ədəd kartofu 70 qəpiyə satırlar. Bilirlər ki, insanların tələbatı var, bayramda insanlar gəlib alış-veriş edəcəklər, ona görə də qəsdən qiymətləri artırırlar".

Başqa bir alıcı isə aidiyyəti qurumların qiymət artımına nəzarət etməməsindən narazıdır: "Niyə məsələ ilə maraqlanan yoxdur? Keçirdikləri satış yarmarkalarına gedirsən, elə orada da eyni vəziyyətdir. Buradakı qiymətlərdən heç bir fərqi yoxdur. Qarşıdan Yeni il gəlir. Hələ indidən meyvələrin qiymətini 10, bəzilərinin isə hətta 20 qəpik artırıblar. Görün bayram günü qiymətlər hansı səviyyədə olacaq?! İndidən bunun qarşısını almalıdırlar".

Vəziyyət alıcılarla yanaşı, satıcıları da narahat edir. Onları narahat edən isə alverin olmamasıdır: "Qiymət artımını danmırıq. Amma inanın ki, bunu biz etmirik. Çünki məhsulların qiymətlərinin artırılması bizə də sərf etmir. 10 qəpiklik bahalaşma olan kimi alıcı da olmur. Biz əksinə, çalışırıq ki, məhsullarımızı ucuz sataq. Ucuz satanda da alıcımız çox olur".

Digər satıcı isə satdıqları məhsulu birinci əldən baha aldıqlarını deyir. Bu səbəbdən də qiymətlərdə artım olur: "Biz məhsulları müxtəlif rayonlardan alıb gətiririk. Yəni satdıqlarımız öz becərdiyimiz məhsul deyil. Öz becərdiyimiz məhsullar olsaydı, təbii ki, daha ucuz qiymətlə satardıq".

Bazarlarda alıcı fəallığının azalması bəzi piştaxtaların da boşalmasına gətirib çıxarıb. Dekabrın əvvəlindən təkcə Keşlə bazarında 8-ə yaxın satıcı bazarı tərk edərək işini dayandırıb.

Bazarlarda süni qiymət artımı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə Trend-ə açıqlamasında bildirib ki, bu, mövsümi xarakter daşıyır: "Mövsümün elə vaxtıdır ki, qiymət artımı təbii və normal haldır. Biz hər həftə monitorinqlər aparırıq. Monitorinqlər əsasında deyə bilərəm ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə çox ciddi qiymət artımı müşahidə olunmur. Bəzi məhsulların qiymətində artım varsa da, bu, mövsümlə bağlıdır".

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Bərdə elektrik şəbəkəsinin rəisi işdən çıxarılıb

28 Aprel 2017 14:42

"Azəriqaz"da Ümumdünya əməyin mühafizəsi günü münasibəti ilə yığıncaq keçirilib

28 Aprel 2017 14:42

Oğurluq edən əsgəri ov tüfəngi ilə öldürdülər

28 Aprel 2017 14:42

Ən az və ən çox şagirdi olan rayonların adları açıqlandı

28 Aprel 2017 14:39

Ermənistan Moskvada küncə sıxışdırılıb: “Şərtdən imtina et” - Qapalı Qarabağ GÖRÜŞÜ

28 Aprel 2017 14:38

PSJ cəzalandırıldı

28 Aprel 2017 14:37

Dağlıq Qarabağda çıxış etmiş musiqiçilər "qara siyahı"ya salınacaq

28 Aprel 2017 14:37

Kazan anonsu, Ali Baş Komandanın seçimi və Lələtəpədə dalğalanan bayraq - ŞƏRH

28 Aprel 2017 14:34

Prosineçki bukmekerdə 10 min uduzdu - FOTO

28 Aprel 2017 14:32

Proqnozlar Bürosu: Bazar günü Azərbaycanda hava şəraiti sabit olacaq

28 Aprel 2017 14:32

"AMEA üzvlərinə müraciət edilir ki, dərslik yazın, yazan yoxdur"

28 Aprel 2017 14:32

AŞPA sədrinin vəzifədən uzaqlaşdırılması ilə bağlı prosedur başlayıb

28 Aprel 2017 14:32

Bakıda "Range Rover" yanıdı

28 Aprel 2017 14:29

Anasını boğaraq öldürdü: Yuxuda "əmr" verilib - VİDEO

28 Aprel 2017 14:28

"Turan"ın ilk prezidenti: "Klublar nə vaxta qədər AFFA-nın hesabına yaşayacaq?"

28 Aprel 2017 14:27

VƏHŞİLİK: Ayaqsız doğulan və ürəyində dəlik olan 10 yaşlı oğlanı döydülər - FOTO

28 Aprel 2017 14:27

XİN Qarabağa gedən musiqiçiləri "qara siyahı" salacaq

28 Aprel 2017 14:24

Silvestr Stallonenin cazibədar qızları ulduz oldu - FOTOLAR

28 Aprel 2017 14:23

Türkiyə prezidenti: “Terror qruplaşmaları NATO üzvüdür?”

28 Aprel 2017 14:22

Ata: "Ətrafdakılar sənin açıq-saçıq geyinməyini istəyir. Amma xahiş edirəm..." - VİDEO

28 Aprel 2017 14:22

"Həzi Aslanov" metro stansiyasında eskalator yenidən istifadəyə verilib

28 Aprel 2017 14:22

3558 azərbaycanlı xaricdə təhsil alıb - Dövlət Proqramı ilə

28 Aprel 2017 14:19

ABŞ - Şimali Koreya hərbi gəmiləri üz-üzə dayanıb

28 Aprel 2017 14:19

Bakı-2017: "Xəzərdən başlayan səyahət" Qəbələyə yetişib

28 Aprel 2017 14:17

Rəisin otağından 11 əsir çıxdı - Gizli kamera tapıldı - VİDEO - FOTO

28 Aprel 2017 14:17

Azərbaycan Ali Hərbi Məktəbinin kursantları artilleriya qurğularından döyüş atışları icra ediblər

28 Aprel 2017 14:17

Dubaydan Qəbələyə aviareys açılır

28 Aprel 2017 14:17

Əcnəbi tələbələr bu üç universiteti daha çox seçir

28 Aprel 2017 14:14

Mövlud müsabiqəsinə Güney də qoşuldu

28 Aprel 2017 14:13

Ərdoğan: “Bunu etməsək yox olacağıq”

28 Aprel 2017 14:13

Oyun vaxtı pivə içən idmançılar diskvalifikasiya olundular

28 Aprel 2017 14:12

Fərqanə: "Mən buna “ustad şapalağı” deyərdim" - VİDEO

28 Aprel 2017 14:12

"MİDA"nın aktivləri 11 mln. manata yaxındır

28 Aprel 2017 14:12

Nigeriyada PARTLAYIŞ

28 Aprel 2017 14:10

"Sübut etsinlər, 10 milyonu ödəməyə hazıram", "sanki nazir olmuşam" - "Rabitə İŞİ"ndə İTTİHAMLAR

28 Aprel 2017 14:09

Dövlət Filarmoniyasının may ayı üçün tədbirlər planı açıqlanıb

28 Aprel 2017 14:07

Nigeriyada PARTLAYIŞ: hərbçilər həlak oldular

28 Aprel 2017 14:05

Velosiped sürürsünüz? Şlemi unutmayın - FOTO

28 Aprel 2017 14:05

Azərbaycanın "Eurovision" mahnısı ilə bağlı qalmaqal - Erməni müğənnidən iddia - FOTO

28 Aprel 2017 14:05

Qaraçı kassiri hipnoz edib 10 min rublu oğurladı - İNANILMAZ OĞURLUQ - VİDEO

28 Aprel 2017 14:03

Moskva görüşü öncəsi cəbhədə VƏZİYYƏT GƏRGİNLƏŞDİ: düşmən itki verdi

28 Aprel 2017 14:03

Güzəştli mənzillərin əldə edilməsi üçün tələb olunan sənədlərin siyahısı müəyyənləşib

28 Aprel 2017 14:02

"Rabitə işi": "Üç təqsirləndirilən şəxs dəymiş ziyanı ödəyib"

28 Aprel 2017 14:02

İndoneziya sahibkarları Azərbaycana səfər edəcək

28 Aprel 2017 14:02

"Qalatasaray"-dan Azərbaycana qurşaqdan aşağı zərbə

28 Aprel 2017 14:02

Cem Yılmazın yeni sevgilisinin kim olduğu bilindi - FOTOLENT

28 Aprel 2017 13:59

May ayında hava necə olacaq?

28 Aprel 2017 13:59

İngilis alim Azərbaycanda Qızıl medal aldı - FOTO

28 Aprel 2017 13:58

Mövsümün son turu

28 Aprel 2017 13:57

Türkiyəli müğənni öldürüldü

28 Aprel 2017 13:54