Güclü yağış Bakıda avtomobillərin sıxlığına səbəb olub

09:17 9 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilir.
Hazırda əsas sıxlıq Ziya Bünyadov prospekti (hər iki istiqamət), Nobel prospekti (şəhər istiqaməti), Heydər Əliyev prospekti (kənar yol/ alternativ olaraq əsas yol ), habelə Səməd Vurğun küçəsi, Bakı-Sumqayıt şosesi (paytaxta doğru) nəqliyyat vasitələrinin sıxlığı mövcuddur.
Bundan başqa, nisbi sıxlıq isə Bakının Abbasqulu ağa Bakıxanov küçəsi, Yusif Səfərov küçəsi (şəhər istiqamətində), Rəşid Behbudov küçəsi, Tbilisi prospekti (şəhərə doğru/ alternativ yol - Həsən Zərdabi küç.), o cümlədən Üzeyir Hacıbəyov küçəsində (alternativ yol - 28 May küç) izlənilir. 
Ehtimal edilir ki, yollarda sıxlıq yağan yağış nəticəsində yaranıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/guclu-yagis-bakida-avtomobillerin-sixligina-sebeb-olub1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR