Xalq artistlərimiz: onda və indi - FOTO

Xalq artistlərimiz: onda və indi - FOTO
09:37 9 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Milli kino və musiqimizin sevilən sənətçiləri, onların yaratdığı nümunələr Azərbaycan tamaşaçısının qəlbində silinməz iz qoyub. Aradan keçən illər həmin sevilən aktyor, aktrisa və müğənnilərimizi də dəyişib.
 
Milli.Az axar.az-a istinadən məşhur sənət adamlarının illər əvvəl çəkilmiş fotosu ilə hazırkı görüntülərini təqdim edir:
 
Şəfiqə Məmmədova

Unudulmaz aktrisa Şəfiqə Məmmədova "Bizim Cəbiş müəllim" filmində oynadığı Cəbişin arvadı rolu ilə uşaqdan-böyüyə hər kəsin hafizəsindədir. Aktrisa "Ad günü" (Fəridə), "Dədə Qorqud" (Burla xatun), "Qaraca qız" (Pəricahan xanım) və s. kimi filmlərdə yaratdığı obrazların öhdəsindən məharətlə gəlib. 2012-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədri seçilən aktrisa 70 yaşındadır.
 
Zeynəb Xanlarova

Azərbaycanı dünyada tanıdan, həmçinin, "Çahargah" muğamının ilk ifaçılarından olan Zeynəb Xanlarova repertuarında daha çox şərq xalqlarının mahnılarına yer ayırıb. "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Leyli və Əsli obrazlarını yaradan müğənninin 78 yaşı var.

Firəngiz Mütəllimova

İstedadlı aktrisa, xalq artisti Firəngiz Mütəllimova "Bəyin oğurlanması", "Qaçaq Nəbi", "İşarəni dənizdən gözləyin" kimi filmlərdə yaddaqalan obrazlar yaradıb. Aktrisamızın 56 yaşı var.
 
Həmidə Ömərova

Bir çox mükafatlara və fəxri adlara layiq görülən aktrisa Həmidə Ömərova "Yol əhvalatı", "Babamızın babasının babası", "Qorxma, mən səninləyəm", "Dədə Qorqud oğuznamələri" kimi filmlərdə, "Bir ailəm var", "Dronqo", "Susmuş vicdan" kimi seriallarda canlandırdığı obrazlarla Azərbaycanın unudulmaz simalarından birinə çevrilib. Gözəl aktrisa 58 yaşındadır.
 
Hacı İsmayılov

"Həm ziyarət, həm ticarət" filmindən "Mustafa" rolu ilə xatırlanan dəyərli aktyorumuz Hacı İsmayılov "Ad günü", "Bəyin oğurlanması", "Axırıncı aşırım" kimi bədii ekran əsərlərində də yaddaqalan obrazlar yaradıb. Aktyorun 71 yaşı var.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/388795.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR