Tayson Fyuri Beynəlxalq Boks Federasiyasının titulundan məhrum edilib

Tayson Fyuri Beynəlxalq Boks Federasiyasının titulundan məhrum edilib
09:42 9 Dekabr 2015
25 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 9 dekabr. REPORT.AZ/ Superağır çəkidə 3 versiya üzrə dünya çempionu Tayson Fyuri Beynəlxalq Boks Federasiyasının (İBF) titulundan məhrum edilib. "Report"un məlumatına görə, buna 27 yaşlı idmançının Vladimir Kliçko ilə revanş döyüşünə çıxmaq istəyi səbəb olub. 
Halbuki böyük britaniyalı boksçu İBF tituluna mütləq iddiaçı, ukraynalı Vyaçeslav Qlazkovla görüşə razılaşmalı idi. Onun nümayəndələri qərardan apellyasiya verəcəklərini bildiriblər. 
Qeyd edək ki, Tayson Fyuri Vladimir Kliçkonu noyabrın 29-da Almaniyanın Düsseldorf şəhərində yenib. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/tayson-fyuri-beynelxalq-boks-federasiyasi-titul

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR